Vakansiya haqqında
İş şəraiti
Əmək haqqı: 700 AZN (əlavə bonus);
İş qrafiki: 5 günlük iş həftəsi, saat 08:30–18:00;
İstirahət günləri: Şənbə və bazar;
Nahar: şirkət tərəfindən təmin edilir.
İş yeri: Bakı şəhəri, Xətai Rayonu, Həzi Aslanov qəsəbəsi, Camal Hacıəliyev kücəsi
Əsas vəzifə öhdəlikləri:
Şirkətə məxsus məhsulların təyinatı üzrə təhlükəsiz və vaxtında çatdırılmasını təmin etmək;
Təhvil verilmiş avtomobili təyinatına uyğun, diqqətli və səliqəli şəkildə idarə etmək;
Avtomobilin texniki vəziyyətinə və təmizliyinə nəzarət etmək;
Yol hərəkəti qaydalarına və şirkətdaxili intizam qaydalarına riayət etmək;
Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Namizədə tələblər:
Yaş həddi: 25–45;
Müvafiq kateqoriyalı sürücülük vəsiqəsinin olması;
Sürücülük təcrübəsi və yol hərəkəti qaydalarını yaxşı bilmək;
Dürüstlük, işində dəqiqlik, intizam və yüksək məsuliyyət;
Vakansiya ilə maraqlanan namizədlər “Sürücü” başlığı ilə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə və ya əlaqə vasitələri ilə müraciət edə bilərlər.
Əlaqə nömrəsi: +994 10 265 56 55
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
