Vakansiya haqqında
Prior Leasing şirkəti Event Manager (Tədbirlərin təşkili üzrə mütəxəssis)
vakansiyası elan edir!
Namizədə dair tələblər:
Ali təhsil (marketinq, menecment, jurnalistika və ya əlaqəli sahələr üzrə
üstünlükdür).
Tədbirlərin təşkili, event menecment və ya PR sahəsində 1–2
il iş təcrübəsi
Korporativ tədbirlərin, konfransların, sərgilərin və
təqdimatların təşkili üzrə təcrübə
Tədbir büdcələrinin hazırlanması,
xərclərə nəzarət və bazar araşdırması apararaq qiymət təkliflərinin hazırlanması bacarığı
Güclü təşkilatçılıq, vaxtın idarə edilməsi və detallara diqqət
Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini işgüzar səviyyədə
bilmək
MS Office proqramlarında sərbəst işləmək
Regionlara ezamiyyətlərə hazır olmaq.
Vəzifə öhdəlikləri:
Şirkətin Bakı və regionlarda keçirilən daxili və xarici tədbirlərinin (korporativ
tədbirlər, konfranslar, sərgilər, təqdimatlar və s.) konsepsiyasının hazırlanması, planlaşdırılması və
təşkili
Regional tədbirlər üzrə məkan, nəqliyyat, yerləşmə və digər
logistika məsələlərinin təşkili, yerli podratçılar və aidiyyəti qurumlarla koordinasiyanın təmin
edilməsi
Tədbir büdcələrinin və logistika xərclərinin hazırlanması,
təsdiq olunmuş büdcəyə uyğun icrasına və xərclərin sənədləşdirilməsinə nəzarət
Tədbir proqramlarının, ssenarilərin, qonaq siyahılarının və dəvətnamələrin
hazırlanması
Tədbir günü proseslərin yerində idarə edilməsi,
iştirakçıların rahatlığı və təhlükəsizliyinin təmin edilməsi, yaranan problemlərin operativ
həlli
Regional sərgi, yarmarka, festival və təqdimatlarda şirkətin
iştirakının təşkili
Tədbirlərdən sonra nəticələrin, xərclərin və
iştirakçı rəylərinin təhlili, hesabatların hazırlanması və tədbir materialları ilə avadanlıqların qorunmasına
nəzarət
Şirkətin brend standartlarına, korporativ etika və məxfilik
qaydalarına riayət edilməsi.
İş şərtləri:
İş qrafiki: Həftədə 5 iş günü.
İş yeri: Çinar Park Biznes Mərkəzi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Event
Manager”qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və yahttps://careers.ram.az/?vacancy=2631&source=UC_HBS8ZIlinki vasitəsilə müraciət etmələri xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
