Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, azad olması, başqa
vəzifəyə keçirilməsinin rəsmiləşdirilməsi;
İşçilərin şəxsi işlərinin
hazırlanması və düzgün aparılması;
İşçi heyəti ilə bağlı müxtəlif növ
arayışların, xasiyyətnamələrin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin
hazırlanması;
İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət
portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi;
Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və istifadə olunmuş saatlıq icazələrin
qeydiyyatının aparılması;
İSB, ƏMAS və E-gov portalında müvafiq
əməliyyatların icra olunmasında iştirak etmək;
İşçi heyətindən insan
resursları sahəsi ilə bağlı daxil olan sualların araşdırılması, icra edilməsi və
cavablandırılması;
Könüllü tibbi sığorta ilə bağlı əməliyyatların
icrası.
Vəzifə üzrə tələblər:
Ali təhsil (İnsan Resursları, Psixologiya, İqtisadiyyat və ya əlaqəli sahələr
üzrə);
İnsan resursları sahəsində minimum 1 il iş
təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini üzrə
biliklər;
Azərbaycan və ingilis dili bilikləri (rus dili biliyi
üstünlükdür);
ƏMAS,
İSB və digər dövlət platformalarında işləmək bacarığı;
MS Office
proqramları, xüsusilə Excel üzrə biliklər;
Sərbəst araşdırma qabiliyyəti,
diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.
İş şəraiti:
İş qrafiki: 09:00-18:00
İstirahət
günləri: Şənbə və bazar
İş yeri: Ağ şəhər
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
