Vakansiya haqqında
İş şəraiti
Struktur bölmə: Hüquq və daxili nəzarət departamentinin Daxili
audit və nəzarət şöbəsi
Qurum: “İçərişəhər “Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi
İş yeri: Bakı
şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş
həftəsi
Vəzifə öhdəlikləri:
İdarənin fəaliyyət istiqamətləri və mövcud risklər nəzərə alınmaqladaxili audit
strategiyasının, və illik audit planının hazırlanmasını və təsdiq olunmuş planın icrasını təşkil
etmək;
İdarənin struktur bölmələrinin maliyyə-təsərrüfat, əməliyyat,
hüquqi və inzibati fəaliyyətinin qanunvericiliyə, daxili sənədlərə və müəyyən edilmiş prosedurlara uyğunluğunu
qiymətləndirmək;
Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin
adekvatlığını və səmərəliyinin qiymətləndirilmək, mövcud və potensial riskləri müəyyənləşdirərək onların azaldılması
istiqamətində tövsiyələr hazırlamaq;
İdarənin sərəncamında olan
vəsaitlərdən və balansında olan əmlaklardan istifadənin qanunauyğunluğunu, məqsədəuyğunluğunu və səmərəliliyini
daxili audit çərçivəsində qiymətləndirmək;
Satınalmalar, müqavilə
münasibətləri, əmlakın idarə edilməsi, gəlirlərin və xərclərin uçotu və digər fəaliyyət istiqamətləri üzrə audit
yoxlamalarını təşkil etmək və həyata keçirmək;
Audit yoxlamalarının
nəticələrini ümumiləşdirmək, aşkar edilmiş nöqsanlar, uyğunsuzluqlar və risklər barədə hesabatlar, analitik rəylər
və tövsiyyələr hazırlamaq;
Audit nəticəsində müəyyən edilmiş
çatışmazlıqların aradan qaldırılması üzrə məsul struktur bölmələr tərəfindən tədbirlər planının hazırlanmasına dair
təkliflər vermək və həmintədbirlərin icrasına nəzarət etmək;
Daxili
nəzarət mexanizmlərinin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə təkliflər prosedurlar
hazırlamaq və tətbiq etmək;
Daxili audit fəaliyyətinin metodologiyasını
və prosedurlarını müəyyən etmək, onların müvafiq peşə standartlarına uyğunluğunu təmin etmək;
Daxili audit və nəzarət şöbəsinin əməkdaşlarının fəaliyyətini təşkil etmək, iş bölgüsünü
həyata keçirmək, onların fəaliyyətini qiymətləndirmək və onların peşəkar inkişafına dəstək
olmaq;
Daxili auditin obyektivliyini və funksional müstəqilliyini təmin
etmək, bu prinsiplərə mümkün müdaxilə halları barədə birbaşa məlumatlandırmaq;
Daxili audit fəaliyyətinin nəticələri barədə dövri və illik hesabatları hazırlamaq və İdarədə
müəyyən edilmiş hesabatlılıq qaydasına uyğun olaraq aidiyyəti üzrə təqdim etmək.
Namizədə dair tələblər:
Təhsil: Ali iqtisadiyyat və ya hüquq ixtisasları üzrə ali
təhsil. Magistr dərəcəsinin olması üstünlükdür;
İş
təcrübəsi: Daxili və ya xarici audit sahəsində minimum 5 il, idarəetmə/rəhbər vəzifələrdə minimum 2 il iş
təcrübəsi;
Peşəkar sertifikatlar: CIA (Certified
Internal Auditor), ACCA (xüsusilə F8/AA modulu) və ya müvafiq peşəkar sertifikatların olması
üstünlükdür;
Qanunvericilik bilikləri: Azərbaycan
Respublikasının əmək, mülki, vergi, mühasibat uçotu, dövlət satınalmaları və daxili audit sahəsində
qanunvericiliyini bilmək;
Peşəkar biliklər: Daxili
auditin beynəlxalq standartları, risklərin idarə edilməsi, daxili nəzarət sistemləri, audit metodologiyası və
hesabatlılıq üzrə biliklərə malik olmaq;
Dil
bilikləri:Azərbaycan dili – mükəmməl (sərbəst yazı və şifahi nitq), Rus və İngilis dilləri – yaxşı
səviyyədə;
Kompyuter bilikləri:MS Office (xüsusilə MS
Excel), ERP və ya audit idarəetmə proqramlarında işləmək bacarığı.
Şəxsi və peşəkar keyfiyyətlər: Analitik düşünmə, obyektiv qərarvermə, yüksək
təşkilatçılıq, komanda idarəetməsi, dürüstlük, məxfilik və peşəkar etik prinsiplərə riayət etmək
bacarığı
Namizədlər CV-lərini Müraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Daxili audit və nəzarət şöbəsinin
müdiri” qeyd olunması xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
