Vakansiya haqqında
ADORE Kompani MMC (Bakıda və Azərbaycanın regionlarında fəaliyyət
göstərən parfümeriya və kosmetika mağazaları şəbəkəsi) komandasına baş mühasib vəzifəsinə namizəd axtarır. Vəzifə
maliyyə direktoruna tabedir.
Əsas vəzifələr:
Şirkətin mühasibat uçotunun təşkili və ona tam nəzarət;
Aylıq, rüblük və illik vergi və statistika hesabatlarının hazırlanması və təqdim
edilməsi;
Vergi orqanlarının sorğularının cavablandırılması, kameral
uyğunsuzluqların aradan qaldırılması;
Xərc sənədlərinin düzgün
rəsmiləşdirilməsinə və 1C-də əks olunmasına nəzarət;
Mühasibat
əməkdaşlarının işinin təşkili və nəzarəti;
Audit yoxlamaları üçün lazımi
hesabatların hazırlanması;
1C 8.3 (ERP konfiqurasiyası) üzrə problemlərin
aşkarlanması və proqram tərəfdaşı ilə birgə həlli.
Tələblər:
İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
Mühasibat uçotu sahəsində ən azı 5 illik təcrübə, o cümlədən ən azı 2 il baş mühasib (və ya
müavini) vəzifəsində;
Azərbaycan Respublikasının Vergi Məcəlləsini,
mühasibat uçotu standartlarını və statistik hesabatlılıq qaydalarını dərindən bilmək;
ƏDV, mənfəət vergisi, ödəmə mənbəyindən tutulan vergi və icbari dövlət sosial sığorta haqları
üzrə hesabatların tam dövrü üzrə müstəqil təcrübə;
e-taxes.gov.az
elektron kabinetində və kameral yoxlamalar üzrə iş təcrübəsi;
1C 8.3 (ERP
konfiqurasiyası) proqramında peşəkar səviyyədə işləmək bacarığı;
MS Excel
proqramını yüksək səviyyədə bilmək;
Komandanı idarəetmə bacarığı,
məsuliyyət və dəqiqlik;
Azərbaycan dili - mükəmməl; rus dili -
arzuolunandır.
Üstünlük verilir:
Regional filialları olan pərakəndə satış, ticarət və ya distribusiya şirkətində
təcrübə (mal-material uçotu, inventarizasiya, idxal əməliyyatları);
Auditorlarla iş təcrübəsi;
MHBS bilikləri, ACCA /
DipIFR və ya peşəkar mühasib sertifikatı.
Təklif edirik:
Rəsmi əmək müqaviləsi və sosial təminat;
Əmək haqqı - razılaşma əsasında;
5 günlük iş
həftəsi; iş saatları: 09:00-18:00;
Sabit və inkişaf edən şirkətdə
uzunmüddətli iş.
Müraciət üçün CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına
göndərməyinizvə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın
adını qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
