Vakansiya haqqında
"Vindex Legal" MMC hüquq və konsaltinq sahəsində fəaliyyətini genişləndirərək peşəkar
komandasına Problemli Kreditlər üzrə Mütəxəssis tələb edir. Şirkətimiz nəticəyönümlü, yüksək
motivasiyalı və iddialı mütəxəssislərə sabit gəlirlə yanaşı, real performans mükafatları təqdim edən peşəkar mühit
təklif edir.
Vəzifə Öhdəlikləri
Portfel üzrə müəyyən olunmuş aylıq yığım planlarının icra
edilməsi.
Gecikmədə olan kredit portfelinin mütəmadi təhlil edilməsi və
borcluların müəyyən olunması;
Borclular və zaminlərlə telefon
zəngləri, rəsmi məktublar və ya fərdi (üzbəüz) görüşlər vasitəsilə əlaqə saxlanılması;
Kredit borclarının gecikmə səbəblərinin araşdırılması, problemin qanunvericilik çərçivəsində
aradan qaldırılması üçün optimal həll yollarının (məsələn, restrukturizasiya) təklif edilməsi;
Borcların məhkəməyə qədərki həlli mərhələsinin idarə olunması, müştərilərlə ödəniş
qrafiklərinin razılaşdırılması;
Borcun geri qaytarılması prosesində
daxili korporativ qaydalara, etika normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət
edilməsi;
Görülmüş işlər, əlaqə saxlanılmış müştərilər və yığılmış
vəsaitlər barədə rəhbərliyə dövri hesabatların təqdim olunması
Namizədə Dair Tələblər
Təcrübə və Yaş: 21 –45 yaş aralığı;
Problemli kreditlərlə iş sahəsində minimum 1 il iş təcrübəsi.
Dil Bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (yazılı və
şifahi).
Şəxsi və Peşəkar Keyfiyyətlər:
Yüksək analitik düşüncə, detallara diqqət və dəqiqlik;
Tələbkar, obyektiv, məsuliyyətli və çevik qərarvermə qabiliyyəti;
Güclü ünsiyyət, psixoloji təsir və danışıqlar aparmaq bacarığı;
Stress altında işləmək və çətin situasiyalarda optimal həll yolları tapmaq
bacarığı;
Komandada işləmək və öyrənməyə, peşəkar inkişafa yüksək
motivasiya.
İş Şəraiti və Güzəştlər:
AR Əmək Məcəlləsinə tam uyğun rəsmiləşdirmə;
Sınaq müddəti uğurla tamamlandıqdan sonra tibbi sığorta təminatı;
Müasir korporativ standartlara cavab verən iş şəraiti və peşəkar kollektiv.
Şirkət Tərəfindən Təmin Olunur
Maddi Təminat: 500 AZN net əməkhaqqı +
BONUS(limitsiz)
Şəffaf və Pilləli Bonus Sistemi:
Portfel üzrə faktiki yığıma uyğun pilləli bonuslar;
Həftəlik performans göstəricilərinə əsasən ən yaxşı kollektora ayrıca pul
mükafatı;
Aylıq yekunlara əsasən 1-ci, 2-ci və 3-cü yerləri tutan
mütəxəssislərə xüsusi mükafatlar.
İş Qrafiki: Həftəiçi 5 gün (I–V günlər), 10:00 – 19:00.
Ofis Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Nadir Əliyev küçəsi
27.
Göstərilən tələblərə cavab verən namizədlər tərcümeyi-hallarını (CV)Müraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Mühüm Qeyd: Müraciət etdiyiniz vəzifənin adını e-poçtun mövzu hissəsində
"Problemli Kreditlər üzrə Mütəxəssis" şəklində qeyd etməyiniz mütləqdir. Mövzusu qeyd olunmayan
CV-lərə baxılmayacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
