Vakansiya haqqında
Ünvan: Bakı, Azərbaycan
OKHU Academy IELTS, TOEFL və Duolingo English Test imtahanlarına hazırlıq üzrə ingilis
dili müəllimi axtarır. Tədrisi sevən və tələbələrin hədəflədikləri nəticələrə çatmasına məsuliyyətlə yanaşan
namizədləri komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri:
Maraqlı və planlı şəkildə imtahana hazırlıq dərsləri keçmək.
Tədris materiallarını seçmək, dərsləri tələbələrin səviyyəsinə və məqsədlərinə
uyğunlaşdırmaq.
Xüsusilə Writing və Speaking bölmələri üzrə ətraflı rəy
və inkişaf üçün tövsiyələr vermək.
Tələbələrin biliklərini mütəmadi
qiymətləndirmək və irəliləyişlərini izləmək.
Dərs cədvəlini tələbələr və
administrasiya ilə razılaşdırmaq.
Dərs cədvəlini tələbələrə vaxtında
təqdim etmək və dəyişikliklər barədə operativ məlumat vermək.
Tələbələr
və akademiya komandası ilə aydın və vaxtında ünsiyyət qurmaq.
Tələblər:
IELTS, TOEFL və Duolingo English Test imtahanlarının formatı, qiymətləndirmə
meyarları və hazırlıq strategiyaları üzrə güclü biliklər.
İngilis dilini
yüksək səviyyədə bilmək.
Mövzuları aydın izah etmək, tələbələrə fərdi
yanaşmaq və praktik tövsiyələr vermək bacarığı.
Məsuliyyətlilik,
punktuallıq və təşkilatçılıq bacarığı.
Tələbələrin öyrənməsinə və
inkişafına ciddi yanaşmaq.
Qeyd olunan imtahanlar üzrə tədris təcrübəsinə
üstünlük verilir.
CV-nizi və tədris təcrübəniz haqqında qısa məlumatı WhatsApp vasitəsilə+994 51
553 81 88 nömrəsinə göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
