Vakansiya haqqında
İT və təhlükəsizlik avadanlıqlarının satışı və distribütorluğu sahəsində fəaliyyət
göstərən şirkətimiz komandamıza zəif axın sistemləri üzrə texniki biliklərə malik İT menecer axtarır.
Əsas vəzifə öhdəlikləri:
Müştərilərin texniki ehtiyaclarını müəyyən etmək və uyğun avadanlıq həlləri təklif
etmək;
Videomüşahidə (CCTV), şəbəkə avadanlıqları, girişə nəzarət və
digər zəif axın sistemləri üzrə məhsul seçimini həyata keçirmək;
Texniki
spesifikasiyaların, avadanlıq siyahılarının və kommersiya təkliflərinin hazırlanmasında iştirak
etmək;
Müştərilərə məhsulların texniki xüsusiyyətləri və tətbiq imkanları
barədə məsləhət vermək;
Satış komandası ilə birlikdə layihələrin texniki
tərəfini əlaqələndirmək;
Zərurət olduqda obyektlərdə ilkin texniki baxış
keçirmək və avadanlıq tələbatını müəyyənləşdirmək;
Satışdan sonra yaranan
texniki sualların həllində servis və texniki komanda ilə əməkdaşlıq etmək;
İstehsalçıların texniki sənədlərini və məhsul yeniliklərini izləmək.
Namizədə tələblər:
İT, telekommunikasiya, elektronika və ya əlaqəli sahə üzrə
biliklər;
CCTV, IP kameralar, NVR/DVR, şəbəkə avadanlıqları və girişə
nəzarət sistemləri barədə anlayış;
IP ünvanlama, LAN, PoE, switch və
router avadanlıqları haqqında bilikləri;
Texniki məlumatları təhlil
etmək və müştəriyə aydın izah etmək bacarığı;
Texniki təkliflər və
avadanlıq siyahıları ilə işləmək bacarığı;
Ünsiyyət, təşkilatçılıq və
komanda ilə işləmək bacarığı.
Üstünlükdür:
İT avadanlıqlarının satışı və ya texniki məsləhət sahəsində
təcrübə;
Layihə və avadanlıq seçimi üzrə təcrübə.
Biz nə təklif edirik?
Peşəkar və dinamik komandada iş;
İT və
təhlükəsizlik avadanlıqları üzrə biliklərin inkişafı;
Peşəkar inkişaf və
karyera imkanları;
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq
müsahibə zamanı müəyyən edilir.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
