Vakansiya haqqında
Təsvir
Bankın Baş ofisinə daxil olan və rəhbərliyin göstərişinə əsasən icrası nəzərdə
tutulmayan məktubların əslilərini xüsusi ayrılmış qovluqda saxlamaq
Bankın Baş ofisindən xaric olan məktubların və sənədlərin düzgünlüyünü bankdaxili qaydalara
uyğun olaraq yoxlamaq, uyğunsuzluq olmadığı halda qeydiyyatını apararaq skan surətini saxlamaq və onların
göndərilməsini təmin etmək;
Bankın rəsmi blanklarının (sifariş olunmuş,
korlanmış və s.) uçotunu aparmaq;
Möhür və ştamplarla bağlı təchizatçı
şirkət tərəfindən göndərilən ödəniş sənədlərini yoxlamaq, uyğunsuzluq olmadığı halda Bankın Maliyyə İdarəsinə
təqdim etmək, uyğunsuzluq olduğu halda isə düzəlişlərin edilməsi üçün təchizatçı şirkətə məlumat
vermək;
Bankın struktur bölmələri tərəfindən sifariş edilmiş qeydiyyat
kitabı və uçot jurnallarının təchizatçı şirkət tərəfindən göndərilən eskizinin Bankın daxili normativ aktları və ya
Bankda mövcud olan eskizlərlə uyğunluğunu, sifarişin detalları (say , növ və s.) barədə məlumatları struktur
bölmələr tərəfindən “1C”-də qeyd olunan sifarişlərdəki məlumatlarla eyniliyini yoxlamaq, uyğunsuzluq olmadığı halda
təsdiqləmək, uyğunsuzluq olduğu halda düzəlişlərin edilməsi üçün təchizatçı şirkətə məlumat
vermək;
Daxil olan sorğu, müraciət, şikayət və təkliflərin Azərbaycan
Respublikasının Mərkəzi Bankının “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair Metodolji
Rəhbərliyi” nə uyğun olaraq reyestrini işləmək;
Bankın kuryeri və xidmət
müqaviləsi əsasında Bankla əməkdaşlıq edən daşıma şirkətləri tərəfindən məktubların daşınmasını təmin etmək və onlar
tərəfindən təqdim edilən hesab-fakturaları yoxlamaq, uyğunsuzluq olmadığı halda müvafiq ödənişlərin ödənilməsi
məqsədilə məqsədilə sənədləri Bankın Maliyyə İdarəsinə təqdim etmək, uyğunsuzluq olduğu halda isə düzəlişlərin
edilməsi ilə bağlı qarşı tərəfə məlumat vermək.
Tələblər
Ali magistr təhsili;
Bu sahə üzrə 1 (bir)
il iş təcrübəsinin olması arzuolunandır;
Azərbaycan dilini mükəmməl, Rus
və İngilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
Kompüter
bilikləri;
Ofis ləvazimatları ilə işləmək bacarığı;
Komandada işləmək bacarığı;
Ünsiyyətcil,
təşəbbüskar və mülayim olmaq;
Stressə davamlılıq və kollektivdə işləmək
bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə
qabiliyyəti.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
