Vakansiya haqqında
Yup Technology MMC olaraq mövcud texniki heyətimizi genişləndirmək məqsədilə, xidmət
göstərdiyimiz beynəlxalq logistika şirkətinin sistemlərinin idarə edilməsi, inkişafı və optimizasiyası üçün 2 nəfər
təcrübəli və təşəbbüskar Senior PHP-Laravel Developer axtarırıq.
Texnologiya və innovasiya yönümlü platformalarımızda əsas işiniz logistika sistemlərinin
funksionallığını inkişaf etdirmək, mövcud kod bazasını təkmilləşdirmək, yüksək yüklü sistemlərin texniki
dayanıqlığını təmin etmək və mürəkkəb modulların sıfırdan yazılması olacaq.
Əsas vəzifələr:
Logistika platformasının arxitekturasını qurmaq, texniki həll yollarını araşdırmaq
və tətbiq etmək;
Böyük həcmli məlumatların emalı üçün Web Scraping
(məlumatların skrapinqi) sistemlərinin qurulması və idarə edilməsi;
Brauzer genişlənmələri (Browser Extensions) və ya sistem komponentləri ilə inteqrasiya olunan
xüsusi modulların hazırlanması;
Yeni funksionallıqların yüksək
performansla yazılması və mövcud kod bazasının refaktorinqi;
Tapşırıqların dərin analizi, memarlıq baxımından planlaşdırılması və dəqiq vaxt
qiymətləndirilməsinin verilməsi;
Komandadaxili mentorluq, proseslərdə
aktiv iştirak və Git üzərindən effektiv əməkdaşlıq.
Namizədə dair tələblərimiz:
PHP proqramlaşdırma dili üzrə ekspert/peşəkar səviyyədə bilik;
Laravel freymvorku ilə ən azı 6 il real və irihəcmli layihələrdə iş
təcrübəsi;
Web Scraping (data mining) texnologiyaları və alətləri ilə
zəngin praktiki təcrübə;
Müxtəlif platformalar və brauzerlər üçün
Extensions (genişlənmələr) hazırlanması sahəsində təcrübə;
REST API, SOAP
və OAuth 2.0 protokolları ilə mükəmməl işləmə bacarığı;
MySQL, MariaDB və
ya PostgreSQL verilənlər bazaları ilə dərin iş və sorğuların optimizasiyası (query optimization)
təcrübəsi;
Git, PHPUnit, Redis, Docker və CI/CD proseslərində peşəkar
işləmə bacarığı;
Microservices (mikroxidmətlər) arxitekturası və SOLID
prinsipləri üzrə mükəmməl biliklər;
Swagger, Postman və ya ApiDog ilə
sənədləşdirmə işlərini aparmaq bacarığı;
Texniki Tapşırıqlarla (TT/PRD)
işləmə və sistem memarlığı (system architecture) qurma bacarığı.
İş şəraiti və imkanlar:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi
sənədləşmə;
5 günlük iş qrafiki;
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə əsasında
(rəqabətqabiliyyətli) təyin olunur;
Dinamik, peşəkar və güclü
komanda;
Real təsir gücünə malik, qlobal və irihəcmli layihələrdə iştirak
imkanı;
Müasir texnologiyalar və çevik idarəetmə metodologiyaları ilə
işləmək fürsəti.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
