Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ADIS Azerbaijan

Satış meneceri

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

ADİS Azerbaijan şirkətinin istehsalat bölməsinə müştərilərlə əlaqələrin qurulması və satışların inkişafı üzrə Satış meneceri axtarırıq. Vəzifə öhdəlikləri: Potensial müştəriləri müəyyən etmək, yeni müştərilər cəlb etmək və mövcud müştəri bazasını genişləndirmək; Müştərilərin ehtiyaclarını öyrənmək, uyğun məhsullar barədə məlumat və kommersiya təklifləri təqdim etmək; Müştərilərlə görüşlər keçirmək, satış şərtləri üzrə danışıqlar aparmaq; Satış planlarının yerinə yetirilməsi üçün aktiv çalışmaq; Sifarişlərin qəbulundan məhsulun təhvil verilməsinədək prosesi izləmək, istehsalat və anbar komandası ilə koordinasiyanı təmin etmək; Müştərilərlə davamlı işgüzar münasibətlər qurmaq, müraciət və sorğuları vaxtında cavablandırmaq; Mühasibatlıqla birlikdə müştəri ödənişlərini və debitor borcları izləmək; Bazar tələbatını və rəqiblərin təkliflərini araşdırmaq, satış imkanları barədə təkliflər vermək; Görüşlər, sifarişlər və satış nəticələri üzrə rəhbərliyə hesabat təqdim etmək. Namizədə tələblər: Satış sahəsində iş təcrübəsi; İstehsalat məhsulları, tikinti materialları və ya korporativ satışlar üzrə təcrübə üstünlükdür; Müştəri axtarışı, təqdimat və danışıqların aparılması bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti; rus dili biliyi üstünlükdür; MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı; Müştəri ehtiyaclarını anlamaq və uyğun həll təklif etmək bacarığı; Nəticəyönümlülük, təşəbbüskarlıq və işini planlaşdırmaq bacarığı; Məsuliyyətlilik, işgüzar ünsiyyət və komandada işləmək bacarığı. İş şəraiti: Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə zamanı razılaşdırılır; Maraqlanan namizədlər CV-lərini e-poçtun mövzu hissəsində “Satış meneceri” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.