Vakansiya haqqında
İş şəraiti
İş rejimi: Tam ştat 5 gün 09:00-18:00
Əmək haqqı: Müsahibə Əsasında təyin olunur.
İş Ünvanı: Bridge Plaza
Namizədə tələblər:
Ali təhsil (maliyyə, mühasibat, iqtisadiyyat, biznesin idarə olunması və ya əlaqəli
ixtisaslar üzrə);
Yaş aralığı:
25-40.
Bəy namizədlər.
Satınalma (Qida üzrə) 3 il minimum iş
təcrübəsi
Satınalma üzrə Restoranlarlarla işləmiş
Təcrübəsi olan əməkdaş.
Rus dili sərbəst,
ingilis dili arzuolunandır.
MS Excel proqramını yaxşı səviyyədə
bilmək.
Birbaşa rəhbər və komanda ilə effektiv əməkdaşlıq
bacarığı.
Rəhbərlə bərabər obyektlərə gediş-gəliş imkanının
olması.
1C və ya digər mühasibat proqramlarını bilmək
üstünlükdür.
Xarici satınalmalar üzrə təcrübə
üstünlükdür.
Vəzifə öhdəlikləri:
Qida məhsulları üzrə satınalma prosesinin planlaşdırılması və idarə
edilməsi;
Təchizatçıların araşdırılması, yeni təchizatçıların cəlb
edilməsi və mövcud təchizatçılarla əlaqələrin inkişaf etdirilməsi;
Təchizatçılardan kommersiya təkliflərinin alınması, qiymət və şərtlərin müqayisə edilməsi,
danışıqların aparılması;
Məhsulların keyfiyyət, qiymət, çatdırılma
müddəti və digər tələblərə uyğunluğunun təmin edilməsi;
Satınalma
sifarişlərinin hazırlanması, təsdiqlənməsi və çatdırılma prosesinin izlənilməsi;
Qida məhsullarının tələb olunan həcmdə və vaxtında tədarükünün təmin
edilməsi;
Məhsul qiymətlərinin və bazar tendensiyalarının mütəmadi
təhlili;
Anbar ehtiyatlarının izlənilməsi və müvafiq şöbələrlə
koordinasiyanın təmin edilməsi;
Satınalma büdcəsinə və xərclərin
optimallaşdırılmasına nəzarət edilməsi;
Təchizatçılarla müqavilələrin və
digər satınalma sənədlərinin hazırlanması və idarə olunması;
Məhsulların
son istifadə tarixlərinə, saxlanma və daşınma şərtlərinə diqqət yetirilməsi;
Satınalma fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim
edilməsi.
Yalnız vakansiya tələblərinə cavab verən namizədlərlə əlaqə
saxlanılacaq.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
