Vakansiya haqqında
ABV komandamıza Logistika və Satınalma üzrə mütəxəssis
axtarırıq!
Əgər logistika və satınalma sahəsində təcrübəniz varsa, təchizatçılarla işləmək,
danışıqlar aparmaq və prosesləri effektiv idarə etmək bacarığına maliksinizsə, komandamıza qoşulmaq üçün müraciət
edin!
Vəzifə öhdəlikləri:
Yerli və xarici təchizatçılarla işgüzar əlaqələrin qurulması və idarə
edilməsi;
Mal və xidmətlərin satınalma prosesinin təşkili və
koordinasiyası;
Təchizatçılardan kommersiya təkliflərinin alınması və
müqayisəli təhlilinin aparılması;
Qiymət, keyfiyyət və çatdırılma
şərtlərinin optimallaşdırılması;
Xarici sifarişlərin və çatdırılma
proseslərinin izlənilməsi və nəzarətdə saxlanılması;
Müqavilə,
hesab-faktura, təhvil-təslim və gömrük sənədlərinin hazırlanması və idarə edilməsi;
Nəqliyyat və logistika xərclərinin optimallaşdırılması;
Satınalma və logistika prosesləri üzrə müvafiq hesabatların hazırlanması.
Namizədə dair tələblər:
Logistika və satınalma sahəsində minimum 2–3 il iş təcrübəsi;
İqtisadiyyat, biznesin idarə edilməsi, logistika və ya müvafiq sahələr üzrə ali
təhsil;
Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili
arzuolunandır);
MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı
biliklər;
Yerli və xarici təchizatçılarla işləmək və danışıqlar aparmaq
bacarığı;
Analitik düşünmə, məsuliyyətlilik və operativ qərarvermə
qabiliyyəti;
Komanda ilə işləmək və iş proseslərini effektiv koordinasiya
etmək bacarığı.
Biz nə təklif edirik?
Peşəkar və dinamik iş mühiti;
Peşəkar
inkişaf və karyera yüksəlişi imkanları;
Komanda ilə əməkdaşlıq və təcrübə
mübadiləsi.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Logistika və Satınalma üzrə
mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
