Vakansiya haqqında
Motor Clinic MMC minik avtomobillərinin təmiri və texniki xidməti sahəsində təcrübəli,
peşəkar və işinə məsuliyyətlə yanaşan Çilingər axtarır.
Vəzifə öhdəlikləri:
Minik avtomobillərində yaranan nasazlıqların müəyyən edilməsi və aradan
qaldırılması;
Mexaniki hissələrin təmiri və zərurət olduqda
dəyişdirilməsi;
Avtomobillərə texniki baxışın keçirilməsi və profilaktik
işlərin görülməsi;
Təmir avadanlıqlarından düzgün və təhlükəsiz istifadə
edilməsi;
Görülən işlərin keyfiyyətinə və texniki təhlükəsizlik
qaydalarına riayət olunması.
Namizədə tələblər:
Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi;
Avtomobillərin mexaniki sistemləri üzrə texniki bilik və praktiki
bacarıqlar;
Nasazlıqları düzgün müəyyən etmək və aradan qaldırmaq
bacarığı;
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Komandada işləmək bacarığı;
İşinə ciddi və peşəkar
yanaşmaq.
İş şəraiti:
İş qrafiki: 09:00–18:00;
İş günləri:
Həftədə 6 gün;
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq
razılaşma yolu ilə;
Stabil iş yeri və normal iş
şəraiti.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
