Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Şirkətin iştirak etdiyi tenderlər üzrə texniki tapşırıqların, spesifikasiyaların və
tələblərin təhlili, tələb olunan məhsul və avadanlıqların dəqiq müəyyən edilməsi;
Həmin məhsul və avadanlıqlar üzrə xarici bazarın, istehsalçıların və potensial təchizatçıların
araşdırılması;
Xarici təchizatçılara qiymət sorğularının göndərilməsi,
kommersiya şərtlərinin müzakirəsi və daha əlverişli təkliflərin əldə olunması;
Təklif olunan məhsulların tender tələblərinə və texniki spesifikasiyalara uyğunluğunun
yoxlanılması;
Texniki və kommersiya təkliflərinin müqayisəli təhlili və
rəhbərliyə əsaslandırılmış seçimlərin təqdim edilməsi;
Məhsulun tam maya
dəyərinin hesablanması: alış qiyməti, logistika, gömrük, vergi və digər xərclər daxil olmaqla;
Tender qiymət təklifinin hazırlanması üçün müvafiq komandaya təchizatçı qiymətlərinin,
çatdırılma müddətlərinin və uyğunluq məlumatlarının təqdim edilməsi;
Tenderdə qalib gəlindikdən sonra xarici təchizatçılarla sifariş, müqavilə və
spesifikasiyaların hazırlanması və prosesin izlənilməsi;
Daşıma sxeminin
seçilməsi, yükün həcmi və çəkisi üzrə hesablamaların aparılması, logistika tərəfdaşları ilə
koordinasiya;
Gömrük rəsmiləşdirilməsi və daşınma üçün tələb olunan
sənədlərin (invoice, packing list, CMR, mənşə sertifikatı və s.) yoxlanılması;
Sifarişlərin istehsal, ödəniş, yüklənmə, çatdırılma və təhvil mərhələlərinin
izlənilməsi;
Təchizatçılar və tərəfdaşlarla davamlı işgüzar əlaqələrin
saxlanılması;
Satınalmalar üzrə məlumatların sistemləşdirilməsi,
hesabatların hazırlanması və son icra tarixlərinə nəzarət.
Namizədə tələblər
Xarici satınalma, idxal, təchizat və ya oxşar sahədə minimum 1 il iş
təcrübəsi;
Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində
minimum intermediatesəviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Incoterms qaydaları, beynəlxalq logistika və idxal prosesləri haqqında
biliklər;
Texniki spesifikasiyaları, kataloqları və avadanlıqların
texniki xüsusiyyətlərini anlama və müqayisə etmə bacarığı;
Excel, Word və
digər ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Böyük həcmli
məlumatlarla işləmək, qiymət və kommersiya göstəricilərini analiz etmək bacarığı;
Yüksək diqqətlilik, məsuliyyət, danışıqlar aparmaq və sıx deadline şəraitində işləmək
bacarığı.
İş şəraiti
Ofis Babək Plaza-da, Xətai metrosunun yaxınlığında yerləşir;
Nahar şirkət tərəfindən təmin edilir;
Şirkət
tərəfindən iş noutbuku, telefon və korporativ nömrə təmin olunur;
İş
rejimi: 5/2;
İstirahət və bayram günləri istisna olmaqla həftəlik 40 iş
saatı;
İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq, əmək müqaviləsi əsasında rəsmiləşdirilir.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Yalnız vakansiyada qeyd olunan tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət
olunacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
