Vakansiya haqqında
Grand Catering QSC vakansiya elan edir | Qida Təhlükəsizliyi
üzrə Mütəxəssisaxtarışındayıq.
Vəzifə öhdəlikləri:
Xammalın, yarımfabrikatların və hazır qida məhsullarının keyfiyyətini və
təhlükəsizliyini təsdiq edən sənədlərin mövcudluğunu və uyğunluğunu yoxlamaq;
Qida məhsullarının qəbulu, satın alınması, istehsalı, saxlanılması və daşınması proseslərinin
qüvvədə olan qanunvericiliyin və sanitariya-gigiyena tələblərininə uyğunluğuna nəzarət etmək;
Qida məhsullarının keyfiyyət göstəricilərini, yararlılıq müddətini, saxlanma şəraitini,
temperatur və rütubət rejimini yoxlamaq;
İstehsal və xidmət proseslərində
əməkdaşların şəxsi gigiyena qaydalarına riayət etmələrinə, eləcə də iaşə və istehsalat sahələrinin, avadanlıqların
və inventarların təmizlənməsi və dezinfeksiyasının müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsinə nəzarət
etmək;
İaşə və istehsalat bölmələrində gündəlik, həftəlik və aylıq
sanitariya-gigiyena yoxlamalarını aparmaq, nəticələri sənədləşdirmək və aşkar edilmiş çatışmazlıqların aradan
qaldırılmasını izləmək;
Qida təhlükəsizliyi tələblərinə uyğun olmayan
məhsulların müəyyən edilməsinə, istifadəsinin qarşısının alınmasına və silinməsi prosesinin müvafiq qaydada
sənədləşdirilməsinə nəzarət etmək;
Qida təhlükəsizliyi və istehsal
proseslərinə nəzarətlə bağlı hesabatları, jurnalları, aktları və digər müvafiq sənədləri hazırlamaq və
aparmaq;
Aşkar edilmiş uyğunsuzluqlar üzrə aktlar tərtib etmək, aidiyyəti
şəxsləri məlumatlandırmaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
Qida məhsulları ilə işləyən əməkdaşların vaxtında tibbi müayinədən keçmələrinə və müvafiq
tibbi sənədlərin mövcudluğuna nəzarət etmək;
Qida təhlükəsizliyi ilə
bağlı riskləri müəyyən etmək, onların qarşısının alınması və aradan qaldırılması üzrə təkliflər
vermək;
Qida təhlükəsizliyi üzrə daxili prosedurların və təlimatların
tətbiqinə dəstək göstərmək;
Rəhbərlik tərəfindən vəzifə səlahiyyətlərinə
aid edilmiş digər tapşırıqları yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar:
Qida texnologiyası, qida təhlükəsizliyi, qida mühəndisliyi və ya müvafiq sahə üzrə
ali təhsil;
Qida təhlükəsizliyi, sanitariya-gigiyena normaları, qida
məhsullarının saxlanılması və istehsalı üzrə biliklər;
HACCP prinsipləri
və qida təhlükəsizliyi idarəetmə sistemləri üzrə biliklər;
Müvafiq sahə
üzrə minimum 2 il iş təcrübəsi;
Azərbaycan dili – əla, ingilis və rus
dilləri – arzuolunandır;
MS Office proqramları üzrə biliklər, 1C
bilikləri – üstünlükdür;
Analitik düşünmə, diqqətlilik, məsuliyyətlilik
və sənədləşmə bacarığı.
Sizə nə təklif edirik?
Şirkət tərəfindən təmin olunan nahar
Korporativ mobil nömrə və danışıq paketi
Peşəkar
inkişaf və karyera imkanları
Dinamik və inkişafyönümlü iş
mühiti
Ünvan: Bakı şəhəri, Sarabski Plaza
Əmək haqqı: 1000-1300 AZN - NET
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
