Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Anbara daxil olan yüklərin boşaldılması, çeşidlənməsi və müvafiq yerlərə
yerləşdirilməsi;
Məişət texnikalarının anbar daxilində daşınması və
düzgün yerləşdirilməsi;
Sifarişlər üzrə məhsulların yığılması,
hazırlanması və nəqliyyat vasitəsinə yüklənməsi;
Məhsulların yüklənməsi
və daşınması zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi;
Anbar və
servis ərazisində səliqə və nizam-intizamın qorunmasına dəstək göstərilməsi;
Rəhbər tərəfindən verilən işlə bağlı digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
İş qrafiki: 6 gün iş, 1 gün istirahət;
İş
rejimi: Növbəli iş qrafiki;
Servis: 20 Yanvar və Koroğlu metro
stansiyalarından şirkət tərəfindən servis təmin olunur;
İş yeri: Abşeron
Logistika Mərkəzi.
Tələblər:
Fiziki cəhətdən sağlam və aktiv olmaq;
Ağır çəkili və iri qabaritli yükləri, o cümlədən məişət texnikalarını qaldırmaq və daşımaq
qabiliyyətinə malik olmaq;
Məsuliyyətli və nizam-intizamlı
olmaq;
Yüklərin təhlükəsiz şəkildə daşınması və yüklənməsi qaydalarına
riayət etmək;
Komandada işləmə bacarığı;
İşlə bağlı verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Vakansiya növü - Tam ştat
Əmək haqqı 600 - 800 AZN
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
