Vakansiya haqqında
Hazırda biz Mayoral brendinin mağazasına tam məsuliyyət daşıyacaq baş satıcı
axtarırıq.
Vəzifə öhdəlikləri
Mağazanın gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
Satış prosesində iştirak etmək, satışların artırılması məqsədilə tədbirlər həyata
keçirmək
KPI göstəricilərinə nəzarəti təmin etmək, KPI hədəflərinin
icrasını izləmək və mağazanın müəyyən edilmiş satış hədəflərinə (targetlərə) nail olmasını təmin
etmək
Məhsulların düzgün qəbuluna, yerləşdirilməsinə, qablaşdırılmasına
və inventarizasiyasına nəzarət etmək;
Mağaza və anbar sahələrinin
təmizliyinə, səliqəsinə və standartlara uyğunluğuna nəzarət etmək;
Mağaza vitrinlərinin və merçendayzinq standartlarının daim qorunmasını təmin
etmək;
Kampaniyalar üzrə çap materiallarının, loyallıq kartlarının,
hədiyyə kartlarının və digər satış materiallarının mağazalarda mövcudluğunu təmin etmək;
Sayım və audit proseslərində iştirak etmək, nəticələr üzrə hesabatlar
hazırlamaq;
Məhsul qalığı və stok uyğunsuzluqlarını araşdırmaq və
rəhbərliyə məlumat vermək;
Mağazalararası və mağaza-anbar
transferlərinin düzgün icrasına nəzarət etmək;
Kamera görüntülərinə
nəzarət edərək təhlükəsizlik və daxili qayda pozuntularını izləmək;
Yeni əməkdaşların adaptasiya prosesini təşkil etmək və iş prosesinə inteqrasiyasını təmin
etmək;
Əməkdaşların davamiyyətinə, xarici görünüşünə və daxili
intizam qaydalarına riayət etməsinə nəzarət etmək;
İş qrafiklərini
hazırlamaq və HR departamenti ilə koordinasiyalı şəkildə idarə etmək;
Uniforma və iş üçün zəruri ləvazimatların təmin olunmasına nəzarət
etmək;
Kassa əməliyyatlarının və staff endirimlərinin düzgün
tətbiqinə nəzarət etmək;
Mağazada yaranan texniki və təchizat
problemlərinin həllini təşkil etmək;
Aylıq fəaliyyət hesabatlarını
hazırlamaq və rəhbərliyə təqdim etmək;
Şirkətdaxili iclas və
korporativ tədbirlərdə iştirak etmək.
Namizəd üçün tələblər
Yalnız xanım namizədlər;
Baş satıcı və ya
oxşar vəzifədə pərakəndə satış sahəsində minimum 3-5 il təcrübə (retail sahəsində çalışması
üstünlükdür);
Analitik düşüncə və rəqəmlərlə işləmə
bacarığı;
Stok, qiymət və satış idarəçiliyində praktiki
təcrübə;
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət.
İş şəraiti
İş qrafiki: 6/1, Növbəli iş qrafiki
Əmək haqqı:600 Azn+ KPİ
Maraqlanan namizədlərdən mövzu sətrində “Baş satıcı”qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
