Vakansiya haqqında
Təsvir
İşə qəbul, işdən azad olunma, məzuniyyət və digər kadr əməliyyatları üzrə sənədlərin
və əmrlərin hazırlanması;
Əmək müqavilələrinin, əmək müqavilələrinə
əlavələrin və şəxsi işlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
ƏMAS sistemində əmək müqaviləsi bildirişlərinin vaxtında daxil edilməsi və məlumatların
aktuallığının təmin edilməsi;
İşçilərin davamiyyətinin gündəlik
izlənilməsi və uçotunun aparılması;
Məzuniyyət balanslarının izlənilməsi
və məzuniyyətlərlə bağlı sənədləşmənin aparılması;
Xəstəlik
vərəqələrinin, ödənişsiz məzuniyyətlərin və digər işburaxma hallarının qeydiyyatı və idarə
edilməsi;
ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət elektron sistemləri
ilə işləmək, daxil olan sorğuları cavablandırmaq və məlumatların düzgünlüyünə nəzarət etmək;
Daxili əmrlərin, arayışların və digər HR sənədlərinin hazırlanması;
Kadr uçotu və HR inzibatçılığı üzrə hesabatların hazırlanması;
Kadr kargüzarlığının düzgün və vaxtında aparılmasının təmin edilməsi
Tələblər
Ali təhsil; İnsan Resursları, Hüquq, Menecment, Psixologiya, Sosiologiya və əlaqəli
ixtisaslara üstünlük verilir;
İnsan Resursları sahəsində ən azı 2 il iş
təcrübəsi;
Retail sahəsində iş təcrübəsi
üstünlükdür;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə yüksək
səviyyədə bilik;
ƏMAS və digər dövlət elektron portalları ilə işləmə
bacarığı;
Kadr kargüzarlığı və HR inzibatçılığı üzrə praktiki
biliklər;
1C (8.2/8.3) proqramı üzrə yaxşı səviyyədə
bilik;
MS Excel proqramında yüksək səviyyədə bilik — Pivot cədvəlləri,
formulalar və digər funksiyalarla işləmə bacarığı;
Azərbaycan dilində
səlis danışıq və yazılı ünsiyyət bacarığı;
Rus və ya ingilis dillərindən
ən azı birində sərbəst səviyyədə danışıq və yazılı ünsiyyət bacarığı;
Yüksək diqqətlilik, məsuliyyətlilik və analitik düşüncə;
Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
Müxtəlif
xarakterli insanlarla düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı;
Konfliktli vəziyyətləri düzgün idarə etmək və işgüzar münasibətləri qorumaq
bacarığı;
Dinamik iş mühitində işləməyə, aktiv iş tempinə uyğunlaşmağa və
yüksək iş yükünü idarə etməyə hazır olmaq;
Daxil olan sorğulara və iş
tapşırıqlarına operativ şəkildə geri dönüş etmək bacarığı;
Komandada
işləmək bacarığı.
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya
imkanları;
Peşəkar inkişaf və karyera yüksəlişi
imkanları;
Dinamik və müasir iş mühiti;
Müasir və rahat ofis şəraiti;
Peşəkar və
əməkdaşlığa əsaslanan komanda mühiti;
Yeni bilik və bacarıqların inkişaf
etdirilməsi üçün imkanlar;
Böyük və dinamik şirkət mühitində müxtəlif HR
layihələrində iştirak imkanı.
İş şəraiti:
İş qrafiki: I–V günlər, 09:00–18:00;
İş
yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə
saxlanılacaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
