Vakansiya haqqında
Bağçam Uşaq Bağçaları komandamıza 3–4 yaşlı uşaqlardan ibarət yaş qrupunda çalışacaq,
rus dilini sərbəst bilən, qayğıkeş və məsuliyyətli tərbiyəçi axtarırıq!
İş şəraiti:
İş qrafiki: Həftənin 5 günü, saat 08:00–18:00
Əmək haqqı: 600 AZN
Bölmə: Rus
bölməsi
Yaş qrupu: 3–4 yaş
Namizədə tələblər:
Məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali və ya orta ixtisas
təhsili;
Rus dilini sərbəst bilmək və uşaqlarla gündəlik ünsiyyəti rus
dilində aparmaq bacarığı;
3–4 yaşlı uşaqlarla işləmək bacarığı və
təcrübəsi arzuolunandır;
Erkən yaş dövrünün inkişaf xüsusiyyətlərini
bilmək;
Uşaqların nitq, təfəkkür, motorika və sosial bacarıqlarının
inkişafına dəstək olmaq;
Səbirli, qayğıkeş, yaradıcı və məsuliyyətli
olmaq;
Uşaqların təhlükəsizliyini və gigiyenasını təmin
etmək;
Komanda ilə işləmək və valideynlərlə düzgün ünsiyyət qurmaq
bacarığı;
Bağçanın daxili qaydalarına və təlim-tərbiyə standartlarına
riayət etmək.
Əsas vəzifələr:
3–4 yaşlı uşaqlar üçün gündəlik fəaliyyət və məşğələlər təşkil
etmək;
Oyun əsaslı öyrənmə metodlarından istifadə
etmək;
Rus dilində nitq və ünsiyyət bacarıqlarının inkişafını
dəstəkləmək;
Uşaqların özünəxidmət, müstəqillik və sosiallaşma
bacarıqlarını inkişaf etdirmək;
Uşaqların emosional vəziyyətini və fərdi
ehtiyaclarını nəzərə almaq;
Qrupda təhlükəsiz, mehriban və
inkişafetdirici mühit yaratmaq;
Uşaqların inkişafını müşahidə etmək və
nəticələri izləmək;
Valideynləri uşaqların gündəlik fəaliyyəti və
inkişafı barədə məlumatlandırmaq.
Bizim komandamıza qoşulun!
Uşaqların inkişafına töhfə vermək, öz bilik və bacarıqlarını tətbiq etmək istəyən
namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
