Vakansiya haqqında
İşçiyə qoyulan tələblər:
Ali təhsil (standartlaşdırma və qida sənayesi üzrə təhsil
üstünlükdür);
İstehsalat sahəsində keyfiyyətə nəzarət üzrə 1–2 il iş
təcrübəsi;
Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydaları haqqında
məlumatlı olmaq;
Əməyin mühafizəsi qaydaları barədə ilkin biliklərə sahib
olmaq;
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək
bacarığı;
Diqqətlilik, məsuliyyətlilik, analitik düşünmə və ünsiyyət
bacarığı.
Vəzifə öhdəlikləri
İstehsal olunan məhsulların keyfiyyət göstəricilərinə və müəyyən edilmiş
standartlara uyğunluğunu yoxlamaq;
İstehsal prosesində keyfiyyət və qida
təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
İstehsalat
sahəsində sanitariya və gigiyena qaydalarına riayət olunmasını yoxlamaq;
İstehsala daxil olan xammal və materialların keyfiyyətini, müşayiətedici sənədlərini və
müvafiq tələblərə uyğunluğunu yoxlamaq;
Hazır məhsulların saxlanma
şəraitinə və yararlılıq müddətinə nəzarət etmək;
Anbarlarda hazır
məhsulların keyfiyyət vəziyyətini mütəmadi yoxlamaq;
İstehsal prosesinə
dair keyfiyyət qeydiyyat formalarının düzgün və vaxtında doldurulmasını təmin etmək;
Aşkar edilmiş uyğunsuzluqları qeydə almaq və aidiyyəti rəhbərliyə məlumat
vermək;
Məhsullar üzrə keyfiyyət sənədlərinin hazırlanmasında və tələb
olunduqda keyfiyyət vəsiqələrinin təqdim edilməsində iştirak etmək;
Keyfiyyət problemlərinin təkrarlanmaması üçün müvafiq təkliflər vermək.
İş şəraiti
Əməkhaqqı: 600–700 AZN;
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00–18:00;
İstirahət günləri: Şənbə və bazar;
Nahar: Şirkət tərəfindən təmin olunur;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu
hissəsinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə
saxlanılacaqdır
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
