Vakansiya haqqında
İş yeri – Xırdalan şəhəri, anbar.
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların
şəbəkəsi
Namizədə aid tələblər:
Fiziki işləri yerinə yetirmək bacarığı;
Komandada işləmək bacarığı;
Diqqətli,
məsuliyyətli və intizamlı olmaq;
Dondurucu, soyuducu və quru anbar
şəraitində işləməyə hazır olmaq;
AR SQ hərbi xidmət keçmiş olması
arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
Anbara daxil olan mal-materialların qəbulunu, boşaldılmasını və müəyyən edilmiş
saxlama sahələrinə yerləşdirilməsini həyata keçirmək;
Daxil olan
sifarişlərə uyğun olaraq mal-materialları toplamaq və göndəriş üçün hazırlamaq;
Mal-materialların refrijerator nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılması işlərini
yerinə yetirmək;
Anbar daxilində məhsulların daşınmasını və düzgün
yerləşdirilməsini təmin etmək;
Dondurulmuş, soyudulmuş və quru
məhsulların saxlanma qaydalarına riayət etmək;
Sayım və
inventarizasiya proseslərində iştirak etmək;
Anbar sahəsinin təmiz
və səliqəli saxlanılmasını təmin etmək;
Zədələnmiş və ya uyğunsuz
məhsullar barədə dərhal rəhbərliyə məlumat vermək;
Əməyin
mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
Birbaşa
rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
6 günlük iş rejimi;
İş yeri – Xırdalan
şəhəri,anbar;
Əməkhaqqı 650-750 Azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Anbar
işçisi” qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
