Vakansiya haqqında
Şirkətimizə tikinti və texniki işlərin
keyfiyyətinə, layihə və normativ tələblərə uyğun icrasına nəzarət edəcək, işlərin gedişatını izləyəcək və texniki
sənədləşməni idarə edəcək təcrübəli və məsuliyyətli İnşaat Mühəndisi tələb
olunur.
Vəzifə
Öhdəlikləri:
Layihə və Smeta İdarəçiliyi: Layihə-smeta sənədlərinin
hazırlanması, təhlil edilməsi, yoxlanılması və layihənin smetaya uyğunluğunun təmin edilməsi;
Həcm və Qiymətləndirmə: Tikinti materiallarının və görüləcək işlərin həcm
hesablamalarının aparılması, həmçinin bazar qiymətlərinə uyğun iş həcmlərinin
qiymətləndirilməsi;
Podratçıların İdarə Edilməsi:
Podratçı və subpodratçı şirkətlərdən gələn təkliflərin qiymətləndirilməsi, müqayisəli cədvəllərin qurulması və
onların sahədəki fəaliyyətinin koordinasiyası;
Sahə Nəzarəti və
Koordinasiya: Tikinti işlərinin layihə, texniki tələb və keyfiyyət standartlarına uyğun aparılmasına
nəzarət edilməsi, material, texnika və işçi qüvvəsinin vaxtında təmin olunmasının izlənilməsi;
Sənədləşmə və Hesabatlıq: Sahədən gələn hesabatlar əsasında aylıq yerinə
yetirilmiş işlərin yoxlanılması, Forma №2 sənədlərinin hazırlanması və rəhbərliyə mütəmadi
hesabatların verilməsi;
Yazışmalar və Kommunikasiya:
Sifarişçi və ya digər aidiyyatı qurumlardan daxil olan rəsmi məktubların cavablandırılması və müraciət məktublarının
tərtib edilməsi;
Planlama və Problemlərin Həlli: Layihə
üzrə iş qrafikinin və büdcənin hazırlanması, icrasına və xərclərinə nəzarət edilməsi, yaranan problemlərin operativ
şəkildə həll olunması.
Namizədə Dair
Tələblər:
Təhsil və Təcrübə: İnşaat mühəndisliyi sahəsində 3 ildən 5
ilə qədər iş təcrübəsi;
Proqram Bilikləri: MS
Office (Word, Excel) proqramlarından sərbəst istifadə, AutoCAD və digər mühəndis proqramlarında
layihə və çertyojları mükəmməl oxumaq, lazımi düzəlişləri etmək bacarığı;
Şəxsi Keyfiyyətlər:Məsuliyyətli, diqqətli, komandada işləmək və
problemləri operativ həll etmək bacarığı;
Yaş
Həddi: 25 - 42 yaş;
Cinsi: Bəy
namizəd.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
