Vakansiya haqqında
Şöbə: Logistika
İş vaxtı: Tam iş vaxtı
İş yeri: Holcim zavodu (Qaradağ rayonu, Sahil qəsəbəsi)
Vəzifələr:
Daxili Daşınma üzrə Menecer, Loqistika şöbəsi tərəfindən verilən instruksiyalara,
göstərişlərə əməl etmək
Bütün sürücülərin ƏMTT qaydalarına riayət
etmələrinə və fərdi mühafizə vasitələrinin istifadəsinə nəzarət etmək
Sement və klinkerin müştərilərə vaxtında çatdırılmasına cavabdehlik
daşımaq
Sistemdə olan sifarişlərin nəqliyyat vasitələrinə bölünməsini və
yükləməyə növbəli şəkildə buraxılmasını təmin etmək
Hər bir yük maşınında
GPS-in mövcudluğuna nəzarət etmək
Schenk və Logon proqramlarında iş
prossesini aparmaq və həmin proqramlarla bağlı hər hansı bir problem olduqda Baş dispetçerə yazılı və şifahi şəkildə
məlumat vermək
Sistemdə vaqonların qeydiyyatını aparmaq (daxili və ixrac)
(xammal, alternativ enerji mənbələri və İxrac olunan bütün məhsullar üçün)
İstismarda olan avadanlığın səmərəli istifadəsinə və onların lazımi qaydada saxlanmasına
nəzarət etmək
Altlıqların zavoda qaytarılmasının təşkil olunmasına və
qaytarılmış altlıqların sistemə əlavə olunmasına cavabdehlik daşımaq
Logistika şöbəsinin prosedurlarını özü və rəhbərliyi altında olan işçilərə tətbiq
etmək
Baş Dispetçer olmadıqda onun vəzifəsini idarə
etmək
Yüklənmiş halda gələn nəqliyyat vasitəsinin tərəzidə düzgün
dayanmasına, malın düzgünlüyünə və yüklənməsinə nəzarət etmək
Əməyin
mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək
Ərazidə və
işlədiyi binada nizam intizama və təmizliyə riayət etmək
Zavoda daxil
olan xammal və sement maşınlarının qeydiyyatını aparmaq və uyğun olaraq lazımi hesabatları
hazırlamaq
Müştərilərdən qaytarılan təsdiqlənmiş yük nəqliyyat
qaimələrini yığmaq və Loqistika şöbəsinin müvafiq işçilərinə təhvil vermək
Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT
qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək.
Əməyin mühafizəsi, əmək nizam- intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik,
sanitar-gigeniya, mülkü-müdafiə qaydalarına riayət olunmasına əməl etmək
Fərdi mühafizə vasitələrindən düzgün qaydada istifadə etmək
Əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra
etmək
Tələb olunan keyfiyyətlər:
Peşə və ya orta ixtisas təhsili;
Müvafiq
sahə üzrə iş təcrübəsi - min. 1 il
Azərbaycan dilində sərbəst danışıq
qabiliyyəti. İngilis dilini bilənlərə üstünlük verilir.
Maraqlananlar CV–lərini, mövzu hissəsində mütləq Qapançı Dispetçer
yazmaqlaMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək. Yalnız seçilmiş
namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
