Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Aylıq maliyyə hesabatlarının hazırlanması və maliyyə nəticələrinin
təhlili;
Mənfəət və zərər hesabatının (P&L), Balans hesabatının
(Balance Sheet) və Pul vəsaitlərinin hərəkəti hesabatının (Cash Flow Statement) hazırlanması və
təhlili;
Mühasibat hesabları üzrə üzləşmələrin (Balance Sheet
Reconciliation) aparılması və balans maddələrinin düzgünlüyünün yoxlanılması;
Büdcə və proqnozlaşdırma proseslərində iştirak;
Faktiki maliyyə nəticələrinin büdcə və proqnoz göstəriciləri ilə müqayisəsi, kənarlaşmaların
təhlili;
Satış və marja göstəriciləri üzrə KPI-ların hazırlanması,
izlənilməsi və təhlili;
Məhsul, müştəri və satış kanalları üzrə marja
analizlərinin aparılması, marja dəyişikliklərinin səbəblərinin müəyyən edilməsi;
İnventar üzrə yaşlandırma (Inventory Aging) hesabatlarının hazırlanması, köhnəlmiş, yavaş dövr
edən və vaxtı keçmiş ehtiyatların təhlili;
Riskli və vaxtı keçmiş debitor
borcları üzrə KPI-ların hazırlanması, borcların yaşlandırılması və kredit risklərinin təhlili;
Aylıq maliyyə bağlanışı prosesində iştirak;
Excel
və ERP sistemləri vasitəsilə maliyyə məlumatlarının emalı və təhlili;
Rəhbərlik tərəfindən tələb olunan digər maliyyə və analitik hesabatların
hazırlanması.
Namizədə tələblər:
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali
təhsil;
Maliyyə və ya mühasibatlıq sahəsində 2-3 il iş
təcrübəsi;
MS Excel proqramını yaxşı bilmək
P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması və təhlili üzrə
biliklər;
Maliyyə göstəriciləri, marja hesablamaları, debitor borcları və
inventar təhlili üzrə biliklər;
KPI-ların hazırlanması, məlumatların
təhlili və nəticələrin təqdim edilməsi bacarığı;
Analitik düşünmə,
detallara diqqət və problemləri həll etmək bacarığı;
Məsuliyyətlilik,
dəqiqlik və komanda ilə işləmək bacarığı;
1C və ya digər ERP sistemləri
ilə işləmək təcrübəsi;
Power BI və ingilis dili
bilikləri.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
