Vakansiya haqqında
Tələblər
Təhsil: Ali təhsil;
İş stajı: müvafiq
sahədə ən azı 1 il;
Dil biliyi: Azərbaycan dili, İngilis dili-əla, Rus
dili-orta;
Üstünlük: Maliyyə sahəsində çalışan
hüquqşünaslar.
Cəhətlər:
Məhsuliyyətli;
Səlist danışıq
qabiliyyəti;
Komanda ilə işləmə bacarığı;
Əməkdaşlıq və keyfiyyət yönümlülük.
Əsas vəzifələr:
“Qiymətli Kağızlar Bazarı haqqında” AR Qanununu, “İnvestisiya fondları haqqında” AR
Qanununu, bununla əlaqəli Mərkəzi Bankın qaydalarını bilmək, habelə əlaqəli qanunvericiliyə edilən əlavə və
dəyişiklikləri mütəmadi olaraq izləmək, cəmiyyətin aidiyyəti strukturlarını həmin dəyişikliklərlə tanış
etmək;
Cəmiyyətin adından hüquqi və fiziki şəxslərlə bağlanması nəzərdə
tutulan müqavilələri (əlavə və dəyişikliklər daxil olmaqla) hazırlamaq, struktur bölmələrdən daxil olan sənədləri
(müxtəlif növ müqavilələr, onların əlavələri, təhvil-təslim aktları) yoxlamaq və hüquqi ekspertizasını
aparmaq;
Cəmiyyətin bütün struktur bölmələrindən daxil olan hüquqi
uyğunluq məsələləri üzrə sorğuları cavablandırmaq;
Cəmiyyətin
fəaliyyətində meydana çıxan hüquqi məsələlərlə bağlı hüquqi rəy və qiymətləndirməni hazırlamaq, eləcə də
qanunvericilikdə meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular hazırlamaq və
göndərmək;
Şəxslərdən daxil olmuş şikayətlərin araşdırılması zamanı
meydana çıxan hüquqi məsələlərlə bağlı rəylər vermək;
Cəmiyyətin adından
etibarnamələr hazırlamaq;
Maliyyə bazarlarına nəzarət orqanı və ya başqa
təşkilatlara göndərilən qanunvericiliyin tələbləri və ya başqa hüquqi məsələlərlə əlaqədar uyğunsuzluqlar barədə
məktubların hazırlanmasında iştirak etmək və ya rəy vermək;
Maliyyə
bazarlarına nəzarət orqanı və digər qurumlardan layihə şəklində daxil olan qanun və digər hüquqi aktlarlarla bağlı
təkliflərin hazırlanmasında və rəy verilməsində iştirak etmək;
Filial və
nümayəndəliklərin açılması ilə bağlı tələb olunan sənədləri hazırlamaq və müvafiq dövlət orqanına təqdim
etmək;
Qiymətli kağızlarının emissiyası ilə bağlı tələb olunan işləri
görmək;
Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər
tapşırıqları yerinə yetirmək.
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
Nahar fasiləsi: 13:00–14:00;
İstirahət günləri:
Şənbə və Bazar;
Tibbi sığorta;
Nahar şirkət tərəfindən təmin olunur.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
