Vakansiya haqqında
Komandamıza avtomobil servisi sahəsində təcrübəli,
güclü idarəetmə bacarıqlarına malik və nəticəyönümlü Servis meneceri axtarırıq.
Namizədə əsas
tələblər:
Avtomobil servisi sahəsində iş və idarəetmə
təcrübəsi
Servis
prosesləri, texniki xidmət və təmir əməliyyatları barədə ətraflı bilik
İngilis və rus dillərini minimum C1
səviyyəsində bilmək — C2 səviyyəsi üstünlükdür
Komandanı idarə etmək və əməkdaşların fəaliyyətini düzgün təşkil etmək
bacarığı
Güclü ünsiyyət,
təqdimat və problem həll etmək bacarığı
Müştəriyönümlü və nəticəyönümlü yanaşma
Servis göstəricilərini və KPI-ları təhlil etmək
bacarığı
MS Office
proqramlarında sərbəst işləmək bacarığı
Əsas
vəzifələr:
Servis şöbəsinin gündəlik fəaliyyətinin
planlaşdırılması və idarə edilməsi
Avtomobillərin texniki xidmət və təmir proseslərinə nəzarət
edilməsi
İş bölgüsünün və
servis qəbulunun düzgün təşkil edilməsi
Görülən işlərin keyfiyyətinə və müəyyən edilmiş müddətlərə nəzarət
edilməsi
Müştəri
müraciətlərinin, iradlarının və şikayətlərinin operativ şəkildə idarə olunması
Müştəri məmnuniyyətinin və servis keyfiyyətinin
yüksəldilməsi üçün tədbirlərin həyata keçirilməsi
Servis üzrə satış, məhsuldarlıq və gəlirlilik göstəricilərinin
izlənilməsi
Əməyin
mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinin təmin edilməsi
Toyota-nın korporativ, texniki və müştəri xidməti
standartlarının tətbiq edilməsi
Servis fəaliyyəti üzrə müvafiq hesabatların hazırlanaraq rəhbərliyə təqdim
edilməsi
Peşəkarlıq
tələbləri:
Komanda ilə çalışmaq
bacarığı;
Yaxşı analitik,
problemlərin həll edilməsi və axtarış bacarıqlarının olması;
Müştərini dinləmək və inandırmaq bacarığı;
Təqdimat bacarığı;
Təzyiq altında işləmək bacarığı və prioritetlərin
ortaya qoyulması qabiliyyəti;
Digər
məlumatlar:
İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun
sağ tərəfi
Ezamiyyə
imkanları (zəruri hallarda)
6 günlük iş rejimi (bazar ertəsi – şənbə)
İş vaxtı: Bazar ertəsi-Cümə: 09:00 – 17:00;
Şənbə: 09:00-15:00
Rəqabətə
uyğun əmək haqqı və performansa əsaslanan bonus sistemi
Göstərilən tələblərə uyğun namizədlər öz
CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan
elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
