Vakansiya haqqında
Azera Holdinq, tərkibində fəaliyyət
göstərən “Azemal” MMC üçün Baş Anbardar vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifələr:
Anbarda mövcud stoklara nəzarət etmək, mütəmadi yoxlamalar aparmaq və aşkar olunan
uyğunsuzluqları aradan qaldırmaq;
Anbara daxil olan və anbardan çıxan
məhsulların 1C proqramında düzgün və vaxtında qeydiyyata alınmasını təmin etmək;
Tabeliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etmək və iş bölgüsünü düzgün təşkil
etmək;
Daxil olan məhsulların qəbulunu, qeydiyyatını və müvafiq rəflərdə
düzgün yerləşdirilməsini təşkil etmək;
Sifariş olunan məhsulların düzgün
şəkildə hazırlanmasını, paletlərə yığılmasını və sifarişçilərə vaxtında göndərilməsini təmin
etmək;
Anbarda təhlükəsizlik qaydalarına və daxili prosedurlara riayət
olunmasına nəzarət etmək;
İstifadə müddəti bitmiş məhsulların vaxtında
aşkarlanmasını və ayrılmasını təmin etmək;
Son istifadə tarixinə az
qalmış məhsulların müəyyənləşdirilməsinə və onların satışının vaxtında təşkilinə nəzarət etmək;
Anbarın səliqəli, sistemli və effektiv fəaliyyətini təmin etmək.
Anbarda saxlanılan material qiymətlilərinin uçotunu və onların hərəkəti üzrə hesabat
sənədləşdirməsini aparır.
İnventarlaşdırmanın aparılmasında iştirak
edir.
Tələblər:
Ali təhsil
İş təcrübəsi 3-5
il
Azərbaycan dili əla,rus dili üstünlükdür
Kompyuter proqramları biliyi: 1 C və MC Ofiice proqramlarında sərbəst
işləmək
Təmkinli və səbirli olması vacibdir.
İş şəraiti
İş saatı 07:00-dan 16:-00-a dək. Şənbə günləri qısa iş günü 07:00-dan 14:00-a
qədər.
Əmək haqqı: 1400 AZN (Net)
İş yeri:Hövsan, Bahar qəsəbəsi
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Azemal MMC Baş
anbardar” qeyd etməklə,Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
