Vakansiya haqqında
Kənd təsərrüfatı, gübrə və müasir bitki qidalanması sahəsində satış təcrübəniz var?
Fermerlər və təsərrüfat sahibləri ilə dil tapmağı, onlara doğru həllər təklif edərək satış etməyi bacarırsınızsa,
komandamıza qoşulmağa dəvətlisiniz!
İşin təsviri və öhdəliklər:
Kənd təsərrüfatı subyektlərinə (fermerlər, aqro-maqazinlər, iri təsərrüfatlar)
biostimulyator, bioprotektor və gübrə məhsullarının təqdim olunması və satışı
Yeni müştəri bazasının formalaşdırılması və mövcud müştəri əlaqələrinin inkişaf
etdirilməsi
Bitki mühafizəsi və qidalanması üzrə doğru məhsul seçiminə
köməklik göstərilməsi (məhsulların effektivliyini sadə dildə izah etmək)
Təyin olunmuş satış hədəflərinə çatılması və sahə görüm-baxımlarının (məhsul təqdimatlarının)
təşkil olunması
Namizədə olan tələblər:
Kənd təsərrüfatı, gübrə və ya aqro-kimya satışı sahəsində təcrübə (biostimulyator və
bioprotektorlar haqqında anlayışın olması üstünlükdür)
Fermerlər və aqrar
sektor nümayəndələri ilə rahat ünsiyyət qurmaq və inandırmaq qabiliyyəti
Aktiv satış bacarığı və nəticəyə yönümlülük
Sürücülük vəsiqəsi (B kateqoriyası) və regionlara səfər etmək imkanı
Biz nə təklif edirik?
Şirkətimiz yüksək performans göstərən əməkdaşlar üçün rəqabətədavamlı gəlir və şəffaf
bonus sistemi təklif edir:
Əməkhaqqı:800-1200 AZN (namizədin təcrübə və biliklərinə əsasən) +
satışdan yüksək bonus/faiz
Təminat: Korporativ
nömrə, avtomobil və ya yanacaq/nəqliyyat xərclərinin qarşılanması
Peşəkar mühit: Keyfiyyətli məhsul portfeli və karyera yüksəliş
imkanı
Nahar: Şirkət tərəfindən təmin
olunur
İş ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Aztex
plaza
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Satış Meneceri"
qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına və ya +994518306677 əlaqə nömrəsinə
göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
