Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Company

Hüquqşünas - Vəkil

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

Fəaliyyət sahəsi: Korporativ və kommersiya hüququ İş yeri: Bakı şəhəri İş rejimi: Tam ştat, ofisdaxili Avtomobillərin beynəlxalq idxalı və satışı sahəsində fəaliyyət göstərən şirkətimizə ofisdaxili hüquqşünas-vəkil tələb olunur. Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlük mütləq şərtdir. Vəzifə öhdəlikləri Şirkətin gündəlik fəaliyyətinin hüquqi müşayiətinin həyata keçirilməsi; Müştərilərlə bağlanan müqavilələrin hazırlanması, yoxlanılması və hüquqi ekspertizası; Müqavilə öhdəlikləri, gecikmələr və mübahisələrlə bağlı hüquqi tədbirlərin görülməsi; Müştəri şikayətlərinin, pretenziyaların və rəsmi müraciətlərin araşdırılması; Məhkəmələrdə və digər dövlət orqanlarında şirkətin maraqlarının təmsil edilməsi; İddia ərizələrinin, etirazların, şikayətlərin və digər prosessual sənədlərin hazırlanması; Xarici təchizatçılarla müqavilələrin və kommersiya münasibətlərinin hüquqi qiymətləndirilməsi; Debitor borclarının hüquqi qaydada tələb edilməsi və mübahisələrin həlli; Şirkət rəhbərliyinə hüquqi rəylərin və tövsiyələrin təqdim edilməsi. Namizədə tələblər Ali hüquq təhsili; Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaq — mütləqdir; Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün qüvvədə olan müvafiq status; Mülki, kommersiya və müqavilə hüququ sahəsində praktiki təcrübə; Məhkəmə proseslərində təmsilçilik təcrübəsi; Hüquqi sənədləri müstəqil və peşəkar səviyyədə hazırlamaq bacarığı; Güclü hüquqi təhlil və danışıqlar aparmaq qabiliyyəti; Yüksək məsuliyyət, məxfilik və iş intizamı. Korporativ hüquq, avtomobil ticarəti, idxal əməliyyatları və müştəri mübahisələri üzrə təcrübə üstünlükdür. İş şəraiti Tam ştat, ofisdaxili iş; İş saatları: 10:00–19:00; Əməkhaqqı namizədin təcrübəsinə və peşəkar bacarıqlarına əsasən razılaşdırılacaq; Davamlı hüquqi praktika və peşəkar iş mühiti; Uzunmüddətli əməkdaşlıq imkanı. Müraciət üçün- WhatsApp: +994 10 310 05 06 Namizədlərdən CV-lərini və Vəkillər Kollegiyasına üzvlükləri barədə məlumatı təqdim etmələri xahiş olunur. Müraciət mövzusu: “Hüquqşünas – Vəkil”

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.