Vakansiya haqqında
İş şəraiti
Layihə: Bahar Residence
İş rejimi: Həftə içi 5 gün, saat 08:00–17:00
Əmək haqqı: 2000 AZN
Vəzifə öhdəlikləri:
Tikinti sahəsində aparılan işlərin təsdiq olunmuş memarlıq layihələrinə, texniki
şərtlərə və tikinti normalarına uyğunluğuna gündəlik nəzarət etmək;
Layihə sənədləri ilə faktiki sahə şəraiti arasında yaranan uyğunsuzluqları aşkar etmək və
aradan qaldırılması üçün texniki həllər hazırlamaq;
Sahədə icrası mümkün
olmayan və ya faktiki vəziyyətə uyğun gəlməyən layihə hissələrini yenidən işləmək, düzəlişlər etmək və
uyğunlaşdırmaq;
Tikinti prosesində memarlıq işlərinin mütəmadi
yoxlanılmasını həyata keçirmək, aşkar edilmiş qüsurların aradan qaldırılmasına nəzarət etmək;
Memarlıq və interyer həllərinin tikinti sahəsində düzgün tətbiqini təmin
etmək;
Podratçı və subpodratçıların yerinə yetirdiyi memarlıq və
tamamlama işlərinin keyfiyyətini və layihəyə uyğunluğunu yoxlamaq;
Memarlıq, konstruksiya və MEP (mexanika, elektrik və santexnika) layihələri arasında
uyğunsuzluqları müəyyən etmək və əlaqələndirməni təmin etmək;
Sahədə
yaranan texniki sualları operativ cavablandırmaq, zəruri hallarda layihəçi təşkilatlarla koordinasiya
aparmaq;
Layihə dəyişikliklərinin sənədləşdirilməsini və yenilənmiş
çertyojların hazırlanmasını təmin etmək;
Tikinti işlərinin icra vəziyyəti
və aşkar olunmuş uyğunsuzluqlar barədə mütəmadi hesabatlar hazırlamaq;
Layihənin memarlıq həllərinin optimallaşdırılması və texniki problemlərin aradan qaldırılması
üzrə təkliflər vermək.
Namizədə tələblər:
Memarlıq ixtisası üzrə ali təhsil;
Memarlıq və tikinti sahəsində minimum 4 il iş
təcrübəsi;
Yaşayış kompleksləri və çoxmərtəbəli binaların
tikintisində iş təcrübəsi üstünlükdür;
AutoCAD, ArchiCAD və ya
Revit proqramlarında peşəkar səviyyədə işləmə bacarığı (vacibdir);
3D modelləşdirmə və layihə sənədlərinin hazırlanması üzrə praktiki
biliklər;
Memarlıq işçi layihələrini, detalları və texniki çertyojları
sərbəst oxumaq və hazırlamaq bacarığı;
Tikinti norma və qaydaları,
materiallar və tikinti texnologiyaları üzrə biliklər;
Sahədə ölçü
götürmək, faktiki vəziyyəti layihə ilə müqayisə etmək və operativ texniki həllər hazırlamaq
bacarığı;
Podratçılar və layihəçilərlə effektiv kommunikasiya qurmaq
bacarığı;
Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyət
hissi;
Komandada işləmək və operativ qərarvermə
bacarığı.
Təklif edirik:
Aylıq sabit əmək haqqı: 2000 AZN;
Böyükmiqyaslı yaşayış kompleksi layihəsində iştirak imkanı;
Peşəkar və dinamik iş mühiti;
Karyera və peşəkar
inkişaf imkanları;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
rəsmi əmək müqaviləsi.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
