Vakansiya haqqında
“Az Protein Foods Group”
MMC “İstehsalat üzrə maliyyə nəzarətçisi” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil.
Mühasibat uçotu sahəsində ən azı 3 il, o cümlədən istehsalat müəssisəsində praktiki iş
təcrübəsi.
İstehsalat üzrə minimum 5 il iş
təcrübəsi.
Mühasibat uçotunun tam dövrünü bilmək: ilkin sənədlər,
mühasibat yazılışları, dövriyyə-saldo cədvəli, qarşılıqlı hesablaşmalar, ehtiyatlar, xərclər, maya dəyəri və dövrün
bağlanması.
İstehsalat uçotu və məhsulun maya dəyərinin hesablanması üzrə
praktiki biliklər.
1C proqramında sərbəst işləmək,
səhvləri sənəd, hesab və analitik uçot səviyyəsində araşdırmaq bacarığı.
Meatsysüzrə təcrübə üstünlükdür.
Excel-də düsturlar, məlumatların uyğunlaşdırılması və icmal cədvəllərlə işləmək
bacarığı.
Əsas vəzifə öhdəlikləri
Uçot məlumatlarının gündəlik üzləşdirilməsi, əməliyyatların düzgünlüyünün
yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi;
Xammalın qəbulu,
istehsalata verilməsi və sərfinə, yarımfabrikat, hazır məhsul və bitməmiş istehsal uçotuna
nəzarət;
Anbarlararası hərəkətlərin, qaytarmaların, zay məhsul, tullantı
və silinmələrin düzgün uçota alınmasının yoxlanılması;
İlkin sənədlərin
düzgün rəsmiləşdirilməsinə və əməliyyatların 1C sistemində düzgün əks etdirilməsinə nəzarət;
Mühasibat hesabları üzrə dövriyyə, qalıq və hesab məlumatlarının təhlili;
İstehsalat xərclərinin, maya dəyərinin, xammal sərfi və məhsul çıxımının düzgünlüyünün
yoxlanılması;
Xammal sərfi, məhsul çıxımı, texnoloji itkilər və zay
məhsul üzrə kənarlaşmaların araşdırılması;
Aşkar edilmiş uyğunsuzluqların
səbəblərinin müəyyən edilməsi, məsul şəxslərlə düzəlişlərin koordinasiyası və icrasına nəzarət;
Gündəlik uçotun bağlanmasının yoxlanılması və nəticələr üzrə gündəlik hesabatların
hazırlanması;
Ciddi uyğunsuzluqlar və mümkün maliyyə itkiləri barədə
rəhbərliyə operativ məlumat verilməsi;
Təkrarlanan səhvlərin təhlili və
uçot, sənəd dövriyyəsi və nəzarət proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması.
İş şəraiti
Əmək haqqı: 2000-2500 manat
İş
qrafiki: 6 günlük.
Müəssə Buzovnada yerləşir. Nahar və servis (Koroğlu
metrosundan) şirkət tərəfindən təmin olunur
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqlaMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
