Vakansiya haqqında
Vertex Industrial Company tikinti
və təmir layihələrində çalışmaq üçün təcrübəli Prorab - Tikinti işləri üzrə mütəxəssis
axtarır.
Əsas vəzifə
öhdəlikləri:
Tikinti və təmir işlərinin sahədə gündəlik təşkili və icrasına
nəzarət;
İşçi və ustalar arasında iş bölgüsünün aparılması və görülən
işlərin koordinasiyası;
İşlərin layihə, texniki çertyoj və müəyyən
edilmiş iş həcminə uyğun yerinə yetirilməsinə nəzarət;
Beton, hörgü,
suvaq, boya, döşəmə, üzlük və digər ümumi tikinti-təmir işlərinin icrasına nəzarət;
Tikinti materiallarına olan tələbatın müəyyən edilməsi və materialların düzgün istifadəsinə
nəzarət;
Görülən işlərin keyfiyyətinin və müəyyən edilmiş müddətlərə
uyğunluğunun yoxlanılması;
Sahədə yaranan texniki məsələlərin operativ
həllinin təmin edilməsi;
Gündəlik görülən işlərin və işçi qüvvəsinin
izlənilməsi;
Layihə rəhbərliyinə işlərin gedişatı barədə məlumat və
hesabatların təqdim edilməsi;
Sahədə HSE və əməyin mühafizəsi tələblərinə
riayət olunmasına nəzarət.
Namizədə
tələblər:
Tikinti sahəsində Prorab və ya oxşar vəzifədə minimum 3-5 il iş
təcrübəsi;
Ümumi tikinti, təmir və rekonstruksiya işləri üzrə
praktiki bilik və təcrübə;
Texniki çertyojları oxuma və işləri çertyoja
uyğun təşkil etmə bacarığı;
Tikinti materialları və iş texnologiyaları
üzrə yaxşı bilik;
İşçi və usta heyətini idarə və koordinasiya etmək
bacarığı;
İşlərin həcmini və keyfiyyətini yerində qiymətləndirmək
bacarığı;
Məsuliyyətli, operativ və nəticəyönümlü
olmaq;
Sahədə yaranan problemləri çevik şəkildə həll etmək
bacarığı.
Ünvan: Caspian
Plaza
Əmək haqqı: 1500
AZN
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində
“Tikintiüzrə mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına təqdim
edə bilərlər.
Sadəcə vakansiya tələblərinə cavab verən
namizədlərin cv-ləri dəyərləndiriləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
