Vakansiya haqqında
Təsvir
Şirkətimizə interyer dizayn layihələrinin hazırlanması və icrasında iştirak edəcək
İnteryer dizayn üzrə mütəxəssis axtarırıq. Namizəd məkanların funksional və estetik həllərinin hazırlanmasına dəstək
göstərəcək, layihələrin həyata keçirilməsi prosesində komanda ilə sıx əməkdaşlıq edəcək.
Vəzifə öhdəlikləri
Müştəri tələblərinə uyğun interyer dizayn konsepsiyalarının
hazırlanması;
Layihə planlarının, işçi çertyojların və 3D
vizuallaşdırmaların hazırlanması;
Layihələrin texniki və estetik
tələblərə uyğun icrasına dəstək göstərilməsi;
Memarlar, mühəndislər,
podratçılar və təchizatçılarla koordinasiyalı işin təşkili;
Material,
mebel və avadanlıqların seçilməsi prosesində iştirak;
Layihə sənədlərinin
hazırlanması və idarə olunması;
Tikinti və quraşdırma işlərinin layihəyə
uyğunluğunun izlənilməsi;
Layihələr üzrə hesabatlılığın və sənədləşmənin
təmin edilməsi.
Tələblər
Memarlıq, İnteryer Dizaynı və ya əlaqəli sahə üzrə ali təhsil;
İnteryer dizaynı və ya memarlıq sahəsində minimum 2 il iş təcrübəsi;
AutoCAD, 3Ds Max (Corona), SketchUp, Revit və Adobe Photoshop proqramlarında işləmək
bacarığı;
İnteryer dizayn layihələrinin hazırlanması və
vizuallaşdırılması üzrə təcrübə;
Tikinti materialları və interyer həlləri
üzrə əsas biliklər;
Yaradıcılıq, detallara diqqət və estetik
baxış;
Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq
bacarığı;
Eyni anda bir neçə tapşırıq və layihə üzərində işləmək
bacarığı;
Güclü portfolio təqdim etmək bacarığı.
Qeyd:
Bu vakansiya analıq məzuniyyətində olan əməkdaşın əvəzlənməsi məqsədilə müddətli
əmək müqaviləsi əsasında nəzərdə tutulmuşdur.
Vakansiya növü - Müvəqqəti
İmtiyazlar
Könüllü tibbi sığorta
İşçinin inkişafı
üçün təlim, tədris proqramları
Rəqabətli əmək haqqı və bonus
sistemi
Şəhər mərkəzində ofis
Korporativ tədbirlər
Korporativ loyallıq proqramına
üzvlük
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
