Vakansiya haqqında
Vəzifə Öhdəlikləri:
Qonaqlara yüksək səviyyədə xidmət göstərərək müştəri məmnuniyyətini təşviq
etmək.
Şirkətin standartlarına uyğun olaraq bütün qonaqları qarşılamaq və
salamlamaq.
Otelin restoranında mövcud olan müxtəlif məhsul və xidmətlər
barədə məlumatlı olmaq və onları qonaqlara təqdim etmək.
Səhər yeməyi
xidmətinin təşkilində və masaların hazırlanmasında iştirak etmək
Mətbəx
heyəti ilə effektiv şəkildə ünsiyyət quraraq sifarişlərin düzgün və vaxtında çatdırılmasını təmin
etmək.
Tələb olunduqda restoran və görüş otaqlarında masaların qurulması
və təmizlənməsi işlərini həyata keçirmək.
Brend standartlarına uyğun
olaraq məhsulun təqdimatı, keyfiyyəti və xidmətlə bağlı proses və prosedurları yerinə yetirmək.
Hesabları təqdim etmək və qonaqlardan ödənişləri qəbul etmək (POS sistemi vasitəsilə, nağd pul
və kredit/debet kartlarının işlənməsi daxil olmaqla).
Bütün F&B iş
yeri sahələrinin təmiz, səliqəli və qonaqları qəbul etməyə hazır olmasını təmin etmək.
Bütün aidiyyəti səhiyyə qaydalarına və qonaq xidməti üzrə təlimatlara riayət
etmək.
Namizədə Tələblər:
Qonaqpərvərlik sənayesində iş təcrübəsinin olması
arzuolunandır.
Növbəli iş qrafikində işləmək imkanı
İngilis (B2) və Rus (B2) dillərində bilməlidir.
Müştəri xidmətlərinə yüksək səviyyədə fokuslanma.
Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.
Namizədin əmək haqqısı müsahibə zamanı onun bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən
ediləcəkdir.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
