Vakansiya haqqında
“Abşeron Logistika” MMC “Biznes analitika üzrə menecer” vəzifəsi üzrə
vakansiya elan edir.
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq
standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi
terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir.
Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək
xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız
mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət
edirik.
Ümumi vəzifə öhdəlikləri:
Makroiqtisadi göstəricilərin, bazar tendensiyalarının və hədəf regionların biznes
mühitinin təhlili;
Hədəf biznes sahəsi üzrə inkişaf perspektivlərinin,
rəqabət mühitinin və biznes imkanlarının qiymətləndirilməsi;
Hədəf biznes
sahənin texniki göstəricilərinin, funksionallığının, əməliyyat axışlarının təhlili;
Biznes planların, inkişaf strategiyalarının və əsas fəaliyyət göstəricilərinin
hazırlanması;
Müştəri tələblərinin təhlili və müvafiq sənədlər paketinin,
kommersiya təkliflərinin hazırlanması;
Müştərilərlə işgüzar
kommunikasiyanın aparılması, təkliflərin təqdim edilməsi və müqavilə şərtlərinin razılaşdırılması.
Namizədə qarşı tələblər:
İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali
təhsil;
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə
bilmək;
MS Office proqramları (xüsusilə Excel) ilə yüksək səviyyədə
işləmək bacarığı;
Biznes proseslərinin modelləşdirilməsi üzrə
təcrübə.
Peşəkar tələblər:
Analitik düşünmə və məlumatlarla işləmə bacarığı;
Problem həlletmə və praktik qərarvermə bacarığı;
Dəqiqlik və məsuliyyətlilik;
Prosesləri izləmə və
nəticəyə nəzarət etmə bacarığı;
Müştərilərlə işgüzar danışıqların
aparılması və kommunikasiya bacarıqlar.
Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək -https://career.absheronport.az/karyera portalı üzərindən və ya CV
formalarınıMüraciət etdüyməsində qeyd olunan formu doldurub göndərməklə müraciət edə
bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes analitika
üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə
baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş
namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
