Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Sahədə işləməyə, layihə və binalara mütəmadi səfər etməyə hazır
olmaq;
Mülkiyyətçilərlə əlaqə quraraq satmaq və ya kirayə vermək
istədikləri əmlakları müəyyənləşdirmək və portfelə cəlb etmək;
Potensial
alıcı və kirayəçiləri araşdırmaq və cəlb etmək;
Əmlak sahibi ilə
potensial alıcı/kirayəçi arasında əlaqəni qurmaq və görüş/baxışları təşkil etmək;
Şirkəti müştərilər qarşısında peşəkar şəkildə təmsil etmək;
Qiymət və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
Müştərinin ehtiyacını düzgün müəyyənləşdirmək və uyğun təklif təqdim
etmək;
Yeni əlaqələr yaratmaq və potensial müştəriləri aktiv şəkildə
araşdırıb tapmaq;
Telefon danışıqları və üzbəüz görüşlər vasitəsilə aktiv
satış aparmaq;
Danışıqları və müştəri əlaqələrini sövdələşmə bağlanana
qədər davamlı şəkildə izləmək;
Məlumat toplamaq, sistemləşdirmək və
müştəri bazası formalaşdırmaq.
Tələblər:
Ali təhsil;
Azərbaycan dilində səlis
danışıq qabiliyyəti; rus dili biliyi üstünlükdür;
Yüksək ünsiyyət və
insanlarla tez əlaqə qurmaq bacarığı;
Aktiv satış və müştəri cəlb etmə
bacarığı;
Çevik, enerjili, məsuliyyətli və məqsədyönlü
olmaq;
Əmlak, maklerlik, aktiv satış və ya müştəri cəlbi sahəsində iş
təcrübəsi üstünlükdür.
Nəticə və satış yönümlü olmaq, təşəbbüskarlıq
göstərmək.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı
şəhəri;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin
ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Daşınmaz
əmlak üzrə agent” yazmaqlaMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya
tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
