Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Müəssisədə istifadə olunan mexaniki avadanlıqların fasiləsiz və təhlükəsiz işini
təmin edir.
Mexaniki avadanlıqlarda yaranan nasazlıqları müəyyən edir,
səbəblərini araşdırır və aradan qaldırılması üçün tədbirlər görür.
Mexaniki avadanlıqların texniki vəziyyətinə, istismar qaydalarına və iş göstəricilərinə
nəzarət edir.
Mexaniki qurğuların quraşdırılması, sazlanması, sınaqdan
keçirilməsi və istismara verilməsi işlərinə nəzarət edir.
Mexaniki
avadanlıqların təmiri və texniki xidməti üzrə texniki sənədləri, hesabatları və aktları
hazırlayır.
Avadanlıqların ehtiyat hissələrinə, texniki materiallara və
alətlərə olan tələbatı müəyyən edir.
Texniki çertyojları, mexaniki
sxemləri və avadanlıqların istismar sənədlərini oxuyur və tətbiq edir.
Mexaniki avadanlıqların aşınma, vibrasiya, səs-küy və digər texniki problemlərini müəyyən edir
və müvafiq tədbirlər görür.
Mexaniki sistemlərin təmiri və texniki
xidməti zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasını təmin
edir.
Görülmüş təmir və texniki xidmət işlərinin keyfiyyətinə, müddətinə
və texniki tələblərə uyğunluğuna nəzarət edir.
Mexaniki avadanlıqların
etibarlılığının artırılması, nasazlıqların azaldılması və istismar müddətinin uzadılması üçün texniki tədbirlər
hazırlayır və həyata keçirir.
Tələblər:
Təhsil: Ali ( Mexanika mühəndisliyi, Maşınqayırma mühəndisliyi, Sənaye mühəndisliyi
(bakalavr/magistr))
İş təcrübəsi: 5 il sahə üzrə iş təcrübəsi (Tikinti,
sənaye və ya infrastruktur sektorunda təcrübə üstünlükdür)
Müvafiq sahə
üzrə texniki biliklər: Mexanika mühəndisliyi üzrə normativ və texniki sənədləri;
Mexaniki avadanlıqların quruluşunu və iş prinsiplərini;
Hidravlik və pnevmatik sistemləri;
Texniki
xidmət və təmir metodlarını;
Avadanlıqların diaqnostikası və
nasazlıqların təhlili üsullarını;
Əməyin mühafizəsi, sənaye və yanğın
təhlükəsizliyi qaydalarını;
AutoCAD, SolidWorks, Inventor, MS Office və
digər müvafiq proqram təminatlarını.
Kompüter bilikləri: Excell (yüksək
səviyyədə), PrimaveraP6, MS Project, AutoCAD, MS Office
Əlavə:
Problemlərin həlli və çeviklik, Komandada işləmə bacarığı, Prioritetləşdirmə və kritik düşüncə
İş qrafiki: 5 günlük ( 09:00-18:00)
Əmək haqqı: Müsahibə əsasında / qarşılıqlı razılaşma yolu ilə
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
