Vakansiya haqqında
Deluxe Park Qusar Hotel & Resort komandasına Mühasib vəzifəsi üçün təcrübəli namizəd
axtarır.
Vəzifə öhdəlikləri:
Gündəlik mühasibat əməliyyatlarının aparılması və ilkin sənədlərin
yoxlanılması
Kassa və bank əməliyyatlarına nəzarət
Təchizatçılarla hesablaşmaların və ödənişlərin izlənməsi
Anbar və mal-material uçotunun aparılması
Əmək
haqqının hesablanmasında iştirak
Vergi və statistik hesabatların vaxtında
hazırlanıb təqdim edilməsi
Aylıq və illik maliyyə hesabatlarının
hazırlanması
Otelin gəlir və xərclərinin təhlilində rəhbərliyə
dəstək
Namizədə tələblər:
Ali təhsil (iqtisadiyyat, mühasibat uçotu və ya maliyyə üzrə)
Mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi
Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu qanunvericiliyini
bilməsi
1C proqramında və MS Excel-də sərbəst işləmə
bacarığı
E-taxes portalı ilə işləmə təcrübəsi
Diqqətli, məsuliyyətli və dəqiq işləmə qabiliyyəti
Otel sahəsində iş təcrübəsi üstünlükdür
İş şəraiti:
İş yeri: Qusar şəhəri
İş qrafiki: tam iş
günü
Yaşayış yeri şirkət tərəfindən təmin edilir
Gündə 3 dəfə qidalanma təmin olunur
Əmək haqqı
müsahibə əsasında müəyyən edilir
Maraqlanan namizədlər CV-lərini və əmək haqqı gözləntiləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Mühasib” qeyd olunmalıdır.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
