Vakansiya haqqında
Təsvir
İşçilərin əməyin mühafizəsi üzrə bilik və bacarıqlarının inkişaf etməsi məqsədi ilə
təlimatlandırmaq və qiymətləndirmək.
Peşə sağlamlığının qorunması və
təhlükəsiz əmək şəratinin yaradılmasına tövsiyələr vermək və nəzarət etmək, sahə üzrə yoxlamalar
apararaq təhlükələri müəyyən etmək.
Baş vermiş qəzalarının səbəblərinin
araşdırılmasında iştirak etmək və oxşar qəzaların baş verməməsinə nəzarət etmək.
Yeni işə qəbul olunanlarla ,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat/anbar
təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını
hazırlamaq və təlimat keçmək.
Qəzalar, hadisələr barəsində araşdırma
aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
Müəssisənin daxili
dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aylıq təşkili, icra edilməsi və hesabatlarını
hazırlamaq.
Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün
məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək.
Tələblər
Ali təhsil – Ətraf Mühit Mühafizəsi və ya müvafiq ixtisas üzrə bakalavr/magistr
dərəcəsi
MS Office proqramlarında işləmə bacarığı.
Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı.
Əlavə qeyd:
IOSH Managing Safely və ya NEBOSH IGC sertifikatları olan namizədlərə üstünlük
veriləcəkdir.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
