Vakansiya haqqında
Vəzifənin məqsədi
Tikinti layihələrinin ehtiyaclarına uyğun olaraq material, avadanlıq və xidmətlərin
vaxtında və tələb olunan keyfiyyətdə satın alınmasını, təchizat prosesinin koordinasiyasını və sifarişlərin tikinti
sahəsinə vaxtında çatdırılmasını təmin etmək.
Əsas vəzifə və öhdəliklər
Satınalma
Layihə üzrə material, avadanlıq və xidmət ehtiyaclarını müəyyən etmək və satınalma
planının hazırlanmasında iştirak etmək.
Tikinti qrafikinə uyğun satınalma
müddətlərini müəyyənləşdirmək və sifarişlərin vaxtında verilməsini təmin etmək.
Təchizatçılar və subpodratçılardan kommersiya təklifləri toplamaq, qiymət və çatdırılma
şərtlərini müqayisə etmək.
Satınalma sorğularını, sifarişləri və əlaqəli
sənədləri hazırlamaq və razılaşdırma prosesini koordinasiya etmək.
Təchizatçılarla qiymət, ödəniş, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə
danışıqlar aparmaq.
Sifarişlərin icra statusunu izləmək, mümkün
gecikmələri əvvəlcədən müəyyən etmək və müvafiq tədbirlər görmək.
Material və avadanlıqların texniki spesifikasiyalara, təsdiq edilmiş nümunələrə və layihə
tələblərinə uyğunluğunun yoxlanılmasını əlaqələndirmək.
Satınalma üzrə
xərclərin və sifarişlərin uçotunu aparmaq, müvafiq hesabatlar hazırlamaq.
Logistika və təchizat
Material və avadanlıqların təchizatçıdan tikinti sahəsinə çatdırılmasını təşkil və
koordinasiya etmək.
Çatdırılma qrafiklərini tikinti işlərinin ardıcıllığı
və sahənin faktiki ehtiyacları ilə əlaqələndirmək.
Nəqliyyat,
yükləmə-boşaltma və müvafiq hallarda saxlama proseslərini koordinasiya etmək.
Materialların sahəyə qəbulunu, miqdarının və müşayiətedici sənədlərinin yoxlanılmasını
əlaqələndirmək.
Material çatışmazlığı, gecikmə və ya yanlış təchizat
halları barədə Layihə Menecerini vaxtında məlumatlandırmaq.
Anbar
qalığının və material hərəkətinin uçotuna nəzarət etmək, artıq ehtiyatların və material itkisinə səbəb olan halların
qarşısının alınmasına dəstək göstərmək.
Namizədə tələblər
Ali təhsil; satınalma, logistika, iqtisadiyyat, mühəndislik və ya müvafiq sahə üzrə
təhsil üstünlükdür.
Satınalma və logistika sahəsində minimum 3 il iş
təcrübəsi; tikinti layihələrində təcrübə arzuolunandır.
Təchizatçıların
seçilməsi, kommersiya təkliflərinin müqayisəsi və sifarişlərin idarə edilməsi üzrə praktiki
biliklər.
Tikinti materialları, avadanlıqları və texniki spesifikasiyalar
haqqında ümumi anlayış.
MS Office proqramları ilə yaxşı işləmək
bacarığı.
Satınalma sifarişləri, təchizat reyestrləri və çatdırılma
qrafikləri ilə işləmək bacarığı.
Azərbaycan dilində sərbəst ünsiyyət; rus
və ingilis dillərini bilmək üstünlükdür.
Danışıqlar aparmaq, koordinasiya
etmək, problemləri operativ həll etmək və vaxtı düzgün idarə etmək bacarığı.
Məsuliyyətlilik, dəqiqlik və nəticəyönümlülük.
İş şəraiti
Peşəkar komandada işləmək imkanı.
Tikinti
layihələrinin satınalma və təchizat proseslərində iştirak.
Əməkhaqqı
namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
