Vakansiya haqqında
Təsvir
Şirkətin biznes proseslərində daxili və xarici dələduzluq sahələrini müəyyən etmək
üçün biznes proseslərin analitik təhlili;
Mümkün daxili və xarici
dələduzluq hallarını aşkarlamaq üçün davamlı yoxlamaların aparılması, dələduzluq indikatorlarının
müəyyənləşdirilməsi və erkən xəbərdarlıq sistemlərinin qurulması;
Dələduzluq riskləri üzrə nəzarət mexanizmlərinin dizayn və əməliyyat effektivliyinin
nəzarətdə saxlanılması, qiymətləndirilməsi. Mexanizmlərin gücləndirilməsi üzrə təkliflərin
verilməsi;
Şübhəli hallar üzrə dələduzluq araşdırmalarının aparılması
(məlumatların toplanması, təhlili, intervyular, xronologiya və nəticə hesabatlarının hazırlanması və
s);
Bütün araşdırmalar üzrə məxfiliyin, sənədləşmənin və sübutların
izlənilə bilməsinin təmin olunması;
Dələduzluq ilə əlaqəli qanunvericilik
tələblərinin izlənilməsi;
Şirkət əməkdaşlarının dələduzluq riskləri və
nəzarət metodları ilə bağlı maarifləndirilməsi;
Bu sahədə normativ
bazanın (metodologiya, prosess,prosedur və s) yaradılması və təkmilləşdirilməsi.
Tələblər
İş təcrübəsi: Dələduzluq araşdırması sahəsi üzrə minimum 1 il iş
təcrübəsi tələb olunur;
Təhsil: İdarəetmə, Maliyyə,
İqtisadiyyat üzrə bakalavr dərəcəsi;
Dil bilikləri:
Azərbaycan dili – əla, İngilis dili – əla, Rus dili – orta;
Üstünlüklər: Certified Fraud Examiner (CFE), Certified Financial Crime
Specialist (CFCS), Certified Internal Auditor (CİA) sertifikatlarının/lisenziyalarının olması;
Kompüter bilikləri: MS Office , MS SQL və ya Python
Fərdi keyfiyyətlər: Analitik və tənqidi düşünmə, Nəticəyə əsaslanma; İnam
yaratma; Effektiv kommunikasiya, Komanda işi; Keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə
bacarıqları
Hörmətli PAŞA Qrup əməkdaşı,
Qrupdaxili vakansiyalara müraciət prosesi Mobility platforması
üzərindən həyata keçirilir. Mobility platformasının çalışdığınız şirkətdə mövcud olmadığı və ya platformadan
istifadə imkanının sizin üçün əlçatan olmadığı hallarda müraciətinizicareers@pasha-life.azvasitəsilə təqdim edə
bilərsiniz.
İnanırıq ki, hər yeni imkan peşəkar inkişaf yolunda yeni bir
addımdır.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Biz nə təklif edirik: Əməkdaş və ailə üzvləri üçün geniş tibbi sığorta paketləri,
kritik xəstəliklərə qarşı Korporativ Həyat Sığortası, fərdi inkişaf planı üzrə təlim imkanları, ödənişsiz dayanacaq,
“Dəyərlisən” platforması vasitəsilə xüsusi güzəşt və endirimlər, idman və sağlamlıq xidmətlərindən istifadə
imkanları. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
