Vakansiya haqqında
PEAKPİN MMC — PeakPin mobil tətbiqinin sahibidir. PeakPin yaxınlıqdakı insanları,
məkanları, kampaniyaları və tədbirləri xəritədə göstərən geolokasiya platformasıdır. Komandamıza istifadəçilərimizə
və tərəfdaş məkanlarımıza peşəkar dəstək göstərəcək, platformada təhlükəsiz və keyfiyyətli mühiti qoruyacaq Müştəri
dəstəyi və təhlükəsizlik mütəxəssisləri axtarırıq.
Qeyd - Xanım namizədlərin CV-lərinə baxılır
Vəzifə öhdəlikləri:
İstifadəçi və məkan müraciətlərini (tətbiqdaxili, e-poçt və telefon vasitəsilə)
operativ, nəzakətli və dəqiq cavablandırmaq;
Məkan profillərini,
kampaniyaları, tədbirləri, PinBox təkliflərini, foto və videoları daxili qaydalara uyğun yoxlamaq
(moderasiya);
İstifadəçi şikayətlərinə (təqib, təhqir, saxta profil,
fırıldaqçılıq, uyğunsuz məzmun) 24 saat ərzində baxmaq və qərar vermək — xəbərdarlıq, məzmunun silinməsi, hesabın
bloklanması;
Şəxsiyyət təsdiqi müraciətlərini yoxlamaq, saxta hesab və
məkanları aşkarlamaq;
Bloklanmaya etirazlara baxmaq, hər qərarı daxili
sistemdə əsaslandırmaqla qeyd etmək;
Texniki xətaları qeydə alıb
aidiyyəti komandaya yönləndirmək və həllini sona qədər izləmək;
Ödəniş,
tarif və abunə ilə bağlı biznes müraciətlərini Korporativ müştərilərə xidmət şöbəsinə ötürmək.
Tələblər:
Azərbaycan dilində səlis, aydın və savadlı nitq (şifahi və
yazılı);
Rus və ya ingilis dili bilikləri böyük üstünlükdür, türk dili də
arzuolunandır;
Yüksək ünsiyyət bacarığı: dinləmək, empatiya qurmaq,
təmkinli olmaq, konfliktləri müsbət həll etmək;
Ədalətli və obyektiv
qərar vermək bacarığı, məxfi məlumatla məsuliyyətli davranmaq;
Mobil
tətbiqlərdən və sosial şəbəkələrdən sərbəst istifadə, kompüter bilikləri;
Dəqiqlik, məsuliyyət və detallara diqqət;
Müştəri
xidmətləri, çağrı mərkəzi, moderasiya və ya təhlükəsizlik sahəsində təcrübə üstünlükdür.
Təminatlar və iş şəraiti:
Rəsmi əmək müqaviləsi və sosial sığorta;
Əməkhaqqı: 700 AZN (başlanğıc);
Gənc və dinamik
startap kollektivi, karyera inkişafı üçün real imkan;
İş qrafiki: həftədə
40 saat; növbəli qrafik (axşam və həftəsonu növbələri daxil olmaqla, bərabər bölüşdürülür);
Ünvan: Bakı
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
