Vakansiya haqqında
Təsvir
Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin
etmək;
Vergi və digər dövlət hesabatlarının hazırlanması və vaxtında
təqdim edilməsini təmin etmək;
Aylıq və illik bağlanış proseslərini
həyata keçirmək;
Debitor və kreditor hesablaşmalarına, bank və kassa
əməliyyatlarına nəzarət etmək;
Əməkhaqqı və digər işçi ödənişlərinin
düzgün hesablanmasını və ödənişini təmin etmək;
Əsas vəsaitlərin və
mal-material ehtiyatlarının uçotuna nəzarəti təmin etmək;
Mühasibat
hesabları üzrə üzləşmələri həyata keçirmək və aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaq;
Maliyyə hesabatlarının hazırlanmasında Maliyyə menecerinə dəstək
göstərmək;
Daxili maliyyə prosedurlarına və uçot siyasətinə riayət
olunmasını təmin etmək;
Tələblər
Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahə
üzrə);
Mühasibatlıq sahəsində minimum 3–5 il, o cümlədən Böyük mühasib və
ya oxşar vəzifədə ən azı 2 il iş təcrübəsi;
Azərbaycan Respublikasının
Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı səviyyədə bilmək;
Vergi, DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə praktiki
təcrübə;
Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, son haqq-hesab və
digər ödənişlərin hesablanması üzrə biliklər;
ƏDV, mənfəət vergisi, ödəmə
mənbəyində tutulan vergilər və digər vergi öhdəlikləri üzrə biliklər;
Əsas vəsaitlərin, azqiymətli və tezköhnələn əşyaların və mal-material ehtiyatlarının uçotu
üzrə biliklər;
Bank və kassa əməliyyatlarının uçotu, ödənişlərin və bank
üzləşmələrinin aparılması üzrə təcrübə;
Aylıq və illik mühasibat
bağlanışlarının həyata keçirilməsi, hesab qalıqlarının yoxlanılması və üzləşdirilməsi bacarığı;
P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması üzrə
biliklər;
1C proqramında (xüsusən də “Əmək haqqı və HR” modulu) sərbəst
işləmək və MS Excel proqramını yüksək səviyyədə bilmək;
Opera PMS, Micros
POS və iScala proqramları üzrə bilik və iş təcrübəsi üstünlük hesab olunur.
Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək
bacarığı;
Otelçilik və xidmət sektorunda iş təcrübəsi
üstünlükdür;
Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və
komanda ilə işləmək bacarığı;
Maraqlanan namizədlər öz CV-lərini mövzu bölümündə müraciət etdiyiniz vəzifənin
adını qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
