Vakansiya haqqında
Rahat Supermarketlər şəbəkəsi Hüquqşünas/Aparıcı Hüquqşünas vəzifələri üzrə
vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri
Müxtəlif növ müqavilələrin hazırlanması və müqavilələrin hüquqi ekspertizasının
həyata keçirilməsi.
Beynəlxalq sazişlər və müqavilələr də daxil olmaqla,
bütün növ əməliyyatların hüquqi ekspertizasının aparılması və müvafiq hüquqi rəylərin
hazırlanması.
İstənilən təşkilati-hüquqi formada hüquqi şəxslərin
yaradılması prosesinin həyata keçirilməsi.
Hüquqi şəxslərin təsis
sənədlərinə dəyişikliklərin edilməsi, habelə dövlət qeydiyyatına alınmış məlumatlarda sonrakı dəyişikliklərin
qeydiyyatının təmin edilməsi.
Azərbaycan Respublikasında sahibkarlıq
fəaliyyəti ilə bağlı lisenziya və icazələrin alınması üçün zəruri sənədlərin hazırlanması, toplanması və müvafiq
dövlət orqanlarına təqdim edilməsi.
Bütün struktur bölmələrə, o cümlədən
əlaqəli şirkətlərə hüquqi yardımın göstərilməsi, onların sorğuları üzrə hüquqi rəylərin və izahatların
hazırlanması.
Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların
düzgün tətbiqinə nəzarət prosesində iştirak edilməsi.
Dövlət orqanları və
ictimai təşkilatlarla yazışmaların aparılması.
Hüquqi məsələlərlə bağlı
məktublara, müraciətlərə və şikayətlərə vaxtında cavabların hazırlanması.
Şirkət daxilində müqavilələrin reyestrinin aparılması və yeni sənədlərin gündəlik olaraq
reyestrə daxil edilməsi.
Namizədə dair tələblər
Cins: Bəy və Xanım namizədlər
Təhsil: Hüquqşünaslıq ixtisası üzrə bakalavr və ya magistr
dərəcəsi.
İş təcrübəsi və digər bacarıqlar: Hüquq
sahəsində, üstünlük olaraq hüquq şirkətində və ya korporativ şirkətlərin hüquq departamentində 1–3 il iş
təcrübəsi.
Hüquqi biliklər: Azərbaycan
Respublikasının mülki, kommersiya, əmək və inzibati qanunvericiliyi üzrə biliklər.
Analitik bacarıqlar: Mürəkkəb hüquqi məsələləri təhlil etmək və aydın,
praktik hüquqi məsləhətlər vermək bacarığı.
Ünsiyyət
bacarıqları: Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət
bacarığı.
İş qrafiki: 5 günlük iş həftəsi
İş yeri: Rahat Supermarketlər şəbəkəsi
Tələblərə uyğun namizədlər CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
