Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Xarici bazarlardan idxal olunan məhsulların daşınması ilə bağlı prosesləri Xarici
Logistika Şöbəsi ilə koordinasiya etmək;
Gömrük və digər rəsmiləşdirmə
prosesləri üçün tələb olunan sənədləri Xarici Logistika Şöbəsinə təqdim etmək;
Təchizatçılar üzrə borc öhdəliklərini izləmək və müvafiq nəzarəti həyata
keçirmək;
Təchizatçılarla işgüzar münasibətlərin qurulması və onların
qiymətləndirilməsi prosesində iştirak etmək;
Müvafiq sistemdə satınalma
sifarişlərini yaratmaq və ödənişə yönləndirmək;
Sifarişləri yoxlamaq,
təhlil etmək və tələb olunan müddətdə icrasını təmin etmək;
İqtisadi
Təhlil Şöbəsi tərəfindən təqdim olunan satış planları əsasında minimum və maksimum ehtiyat qalıqlarını, eləcə də
təminat müddətlərini nəzərə alaraq hazır məhsul sifarişlərini formalaşdırmaq;
Maliyyə planının hazırlanmasında iştirak etmək və müvafiq planlaşdırmanı həyata
keçirmək;
Məhsulların keyfiyyəti ilə bağlı yaranan problemləri araşdırmaq
və həlli istiqamətində müvafiq tədbirlər görmək;
Anbara daxil olan mallar
üzrə sənədləşmə prosesinə nəzarət etmək.
Tələb olunan bilik və bacarıqlar:
Satınalma və təchizat prosesləri üzrə biliklər;
Sifarişlərin idarə edilməsi və təchizatçılarla işgüzar münasibətlərin qurulması
bacarığı;
Analitik düşünmə, məlumatların təhlili və problem həll etmə
bacarığı;
Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi
bacarıqları;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq
bacarığı;
MS Office proqramları ilə işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil (Təchizatın idarəedilməsi sahəsində üstünlükdür)
Satınalma, təchizat və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş
saatları: 09:00-18:00;
İş yeri: Aşıq Molla Cümə küç.
46C
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Nahar;
Şirkət hesabına korporativ nömrə;
Təlim və inkişaf
imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma
üzrə Aparıcı mütəxəssis” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə
cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
