Vakansiya haqqında
Şirkətimiz insan resursları və inzibati işlər istiqamətində strateji idarəetməni həyata
keçirəcək, İR proseslərinin təkmilləşdirilməsini və inzibati fəaliyyətin səmərəli təşkilini təmin edəcək peşəkar
rəhbər axtarır.
Əsas vəzifə öhdəlikləri
Şirkətin biznes strategiyasına uyğun İR strategiyasının həyata
keçirilməsi.
İnsan resursları siyasətinin, daxili qayda və prosedurların
hazırlanması, tətbiqi və mütəmadi təkmilləşdirilməsi.
İşə qəbul, seçim,
adaptasiya, təlim və inkişaf, istedadların idarə edilməsi və karyera planlaşdırılması proseslərinin
təşkili.
Performansın qiymətləndirilməsi.
Əməkhaqqı, bonus və motivasiya sistemlərinin hazırlanması.
İşçi məmnuniyyətinin, bağlılığının və korporativ mədəniyyətin inkişaf etdirilməsi, daxili
kommunikasiya proseslərinin təşkili.
Əmək münasibətlərinin idarə
edilməsi, kadr sənədləşməsinə nəzarət və əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi.
İR büdcəsinin planlaşdırılması, işçi heyəti üzrə hesabatların və analitik göstəricilərin
hazırlanması.
İR auditlərinin aparılması, mövcud proseslərin təhlili,
optimallaşdırılması və avtomatlaşdırılması.
Şirkətin inzibati
fəaliyyətinin, ofis idarəçiliyinin, təsərrüfat və təminat proseslərinin təşkili və nəzarətdə
saxlanılması.
İnzibati xərclərin optimallaşdırılması, təchizatçılarla
işin və müvafiq xidmətlərin koordinasiyası.
İR və inzibati işlər üzrə
komandanın idarə edilməsi, əməkdaşların fəaliyyətinə nəzarət və peşəkar inkişafının
dəstəklənməsi.
Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və
idarəetmə qərarlarının qəbulunda iştirak.
Namizədə dair tələblər
İnsan resursları sahəsində minimum 7–10 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 5
il təcrübə.
Ali təhsil (İnsan resurslarının idarə edilməsi, İqtisadiyyat,
Biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə).
Beynəlxalq HR
sertifikatlarından ən azı birinin olması mütləqdir: SPHRi, SHRM-SCP və ya CIPD Level 5/7.
Azərbaycan Respublikasının əmək qanunvericiliyini və əmək münasibətlərinin rəsmiləşdirilməsi
qaydalarını mükəmməl bilmək.
İR strategiyasının hazırlanması, İR
sistemlərinin qurulması və biznes proseslərinin təkmilləşdirilməsi üzrə təcrübə.
KPI, performansın qiymətləndirilməsi, əməkhaqqı və motivasiya sistemləri üzrə praktiki
biliklər.
İnzibati işlərin və ofis fəaliyyətinin idarə edilməsi üzrə
təcrübə.
MS Office proqramlarını, xüsusilə Excel, Word yüksək səviyyədə
bilmək mütləqdir.
Azərbaycan dili sərbəst, rus dili
mütləq, ingilis dili arzuolunandır.
Güclü liderlik, strateji
düşünmə, analitik təhlil və qərarvermə bacarıqları.
Yüksək kommunikasiya,
təşkilatçılıq, problem həll etmə və komanda idarəetmə bacarıqları.
Məxfi
məlumatlarla işləmək, məsuliyyətli və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı.
İş şəraiti
Rəqabətədavamlı əməkhaqqı (namizədin təcrübə və biliklərinə
uyğun).
Əmək qanunvericiliyinə uyğun rəsmi əmək
münasibətləri.
İş rejimi: 5/7, saat 09:00-18:00
Qeyd: Yalnız tələblərə uyğun namizədlər ilə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
