Vakansiya haqqında
Şirkət:SRC MMC (SIXT Azərbaycan)
İş yeri:Hilton otel, Bakı şəhəri
Vəzifə öhdəlikləri
Müştərilərə SIXT icarə xidmətləri, tariflər, xidmət haqları, sığorta paketləri və
depozit şərtləri barədə dolğun məlumat verilməsi
Daxil olan
rezervasiyaların qəbulu, avtomobilin statusunun yoxlanılması və Cobra sistemində
rəsmiləşdirilməsi
Sifariş edilən avtomobil sinfi mövcud olmadıqda
müştəriyə uyğun alternativin təklif edilməsi
İcarə müqavilələrinin və
təhvil-təslim sənədlərinin hazırlanması, əlaqədar şöbələrlə məlumat mübadiləsi
İcarədən qayıdan avtomobillərin ödənişlərinin qəbulu və depozit statusunun
bağlanması
Rezervasiyaların SOP-da müəyyən edilmiş müddətdə bağlanması və
gündəlik hesabatın əlaqədar şöbələrə təqdim edilməsi
Müştərilərlə telefon
və e-poçt vasitəsilə nəzakətli yazışma və ünsiyyət
Müştərilərə istiqamət,
xəritə və yerli ərazi məlumatlarının təqdim edilməsi
Müştəri
problemlərinin və şikayətlərinin operativ həlli, həll mümkün olmadıqda rəhbərə ötürülməsi
SIXT korporativ geyim, xarici görünüş və davranış standartlarına riayət, SIXT-in tələb etdiyi
təlim və imtahanlarda iştirak
Əlavə xidmətlərin təklif edilməsi və aylıq
/ illik satış hədəflərinin yerinə yetirilməsi
Tələblər
Təhsil: Turizm, Biznesin idarə edilməsi, Marketinq, Müştəri xidmətləri və ya əlaqəli
sahələr üzrə ali təhsil (Bakalavr dərəcəsi);
İş təcrübəsi: Müştəri
xidmətləri və ya satış sahəsində 1 ilədək iş təcrübəsi;
Dil bilikləri:
Azərbaycan dili – ana dili səviyyəsində, İngilis dili – yaxşı səviyyədə (yazılı və şifahi ünsiyyət
bacarığı);
İT və proqram bilikləri: MS Office proqramları üzrə əmin
istifadə bacarığı; rezervasiya sistemləri (Cobra) ilə işləmək və yeni proqram təminatlarını tez mənimsəmək
qabiliyyəti (sistemlə iş üzrə təlim keçiriləcəkdir);
İş qrafiki:
Növbəli iş qrafikinə uyğunlaşma bacarığı.
Şəxsi Keyfiyyətlər (Soft Skills):
Müştəriyönümlülük: SIXT-in "Müştəri hər zaman mərkəzdədir"
prinsipini rəhbər tutaraq yüksək nəzakət, peşəkar və aydın ünsiyyət nümayiş etdirmək;
Şəxsi keyfiyyətlər: Təşəbbüskarlıq, çeviklik, problem həlletmə və gərgin iş
şəraitində (təzyiq altında) dərhal və dəqiq qərarlar qəbul edə bilmək;
Komanda işi: Komanda tərkibində effektiv və həmkarlarla harmoniyada işləmək
bacarığı;
Məxfılik və Korporativ Standartlar:
Müştərilərin fərdi və ödəniş məlumatlarının məxfıliyini tam qorumaq; SIXT-in korporativ geyim və xarici görünüş
(dress-code) standartlarına ciddi əməl etmək.
Üstünlük veriləcək
İngilis dii və Rus dil biliklərinə
Müştəri ilə işdə təcrübə (otel, turizm sahəsində)
İş şəraiti
Əmək haqqı: 900 AZN + (performansa görə bonus)
İş qrafiki: 6 günlük, Bazar günü istirahət, Şənbə günü qısa iş
günü
Maraqlanan namizədlər CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına Rezervasiya
agenti mövzusu ilə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
