Vakansiya haqqında
İT və təhlükəsizlik avadanlıqlarının satışı və distribütorluğu ilə məşğul olan şirkətimiz
komandamıza avadanlıqların quraşdırılması, sazlanması və texniki problemlərin həlli üzrə İT mütəxəssis
axtarır.
Əsas vəzifə öhdəlikləri:
IP kameraların, videoregistratorların, şəbəkə avadanlıqlarının və digər zəif axın
sistemlərinin quraşdırılması və ilkin sazlanması;
Avadanlıqların şəbəkəyə
qoşulması, ilkin konfiqurasiyası və işlək vəziyyətinin yoxlanılması;
Kamera görüntüsü, şəbəkə bağlantısı, enerji təchizatı və avadanlıq konfiqurasiyası ilə bağlı
nasazlıqların aşkarlanması və aradan qaldırılması;
Müştərilərə
avadanlıqların istifadəsi və texniki istismarı barədə ilkin təlimatların verilməsi;
Satışdan sonra müştərilərdən daxil olan texniki müraciətlərin araşdırılması və həll
edilməsi;
Zərurət olduqda obyektlərdə texniki baxış və servis işlərinin
aparılması;
Görülmüş işlər və aşkar edilmiş nasazlıqlar barədə texniki
qeydlərin aparılması;
Satış və texniki komandaya avadanlıqların texniki
imkanları barədə dəstək göstərilməsi.
Namizədə tələblər:
İT, elektronika, telekommunikasiya və ya əlaqəli sahə üzrə
biliklər;
IP kameralar, NVR/DVR, switch, router və PoE avadanlıqları
barədə praktiki biliklər;
Kabel infrastrukturu, şəbəkə bağlantısı və
avadanlıqların sazlanması üzrə anlayış;
Texniki nasazlıqları müəyyən
etmək və müstəqil həll yolları tapmaq bacarığı;
Məsuliyyətlilik,
operativlik və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı;
Obyektlərdə
texniki işlərin aparılmasına hazırlıq.
Üstünlükdür:
CCTV və zəif axın sistemlərinin quraşdırılması üzrə praktiki
təcrübə;
Texniki servis və ya avadanlıqların satışsonrası dəstəyi
sahəsində təcrübə.
Biz nə təklif edirik?
Müxtəlif İT və təhlükəsizlik avadanlıqları ilə işləmək imkanı;
Praktiki texniki biliklərin inkişafı;
Peşəkar
inkişaf və karyera imkanları;
Əməkhaqqı namizədin bilik və təcrübəsinə
uyğun olaraq müsahibə zamanı müəyyən edilir.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
