Vakansiya haqqında
İş yeri: Laçın rayonu (Qarabağ və Şərqi Zəngəzur region (Yaşıl Enerji
Zonası))
Sahə: Alternativ və bərpa olunan enerji (Su turbinlərinin və
hidroelektrik stansiyaların istismarı)
İşin təsviri:
Uğurlu namizəd Qarabağ bölgəsində fəaliyyət göstərən 4 kiçik su
elektrik stansiyasının (Kiçik HES) istismar müdirliyini həyata keçirəcəkdir.
Vəzifə öhdəlikləri:
Texniki şöbənin fəaliyyətinə ümumi rəhbərlik etmək və iş prosesini
tənzimləmək;
Cavabdeh olduğu 4 HES üzrə istehsalatın təqibini aparmaq, su
sərfi-istehsalat (debi-üretim) analizlərini həyata keçirmək;
Hidroelektrik stansiyalarındakı su turbinlərinin, generatorların və bütün əlaqədar
hidromexaniki/elektrik avadanlıqlarının fasiləsiz, təhlükəsiz və səmərəli istismarını təmin
etmək;
Avadanlıqların vaxtlı-vaxtında profilaktik baxışını,
diaqnostikasını, dövri texniki xidmətini və illik dayanma (duruş) planlarını hazırlamaq, icrasına nəzarət
etmək;
Yarana biləcək texniki nasazlıqlara və qəza hallarına
operativ şəkildə müdaxilə olunmasına rəhbərlik etmək;
Ehtiyat
hissələrinin planlaşdırılmasını təşkil etmək, həmçinin operator və teknisyenlərdən ibarət sahə komandasının işini
koordine və idarə etmək;
Azərbaycandakı enerji şəbəkəsi, müvafiq
dövlət/enerji qurumları və yerli icra hakimiyyəti orqanları ilə lazımi işgüzar kommunikasiyanı
qurmaq;
Texniki təhlükəsizlik, əməyin mühafizəsi (SƏTƏM) və yüksək
gərginlikli obyektlərdə təhlükəsiz iş qaydalarına qeyd-şərtsiz əməl olunmasını təmin
etmək;
Görülmüş işlər, avadanlıqların texniki vəziyyəti və enerji
istehsalı göstəriciləri barədə rəhbərliyə mütəmadi hesabatlar hazırlamaq və təqdim etmək.
Tələblər:
Təhsil: Ali mühəndislik təhsili ( Elektrik, Elektrik-Elektronika və
ya Mexanika mühəndisliyi üzrə);
İş təcrübəsi:
Kiçik HES-lərin, enerji santrallarının istismar-baxım sahəsində və ya yüksək gərginlikli obyektlərdə ən az 5
il, tərcihən 8 ildən yuxarı peşəkar təcrübə (Rəhbər vəzifələrdə azı 3 il
təcrübə);
Texniki biliklər: Turbin, generator,
qovernor (tənzimləyici), eksitasiya (təsir qıcıqlanma) sistemləri, transformatorlar, OG/YG (orta və yüksək
gərginlik) şalt sistemləri, rele mühafizəsi, SCADA, requlyator, cebri boru (təzyiqli su borusu) və köməkçi
təsisatlar barədə mükəmməl sahə/praktiki biliklər;
Dil
bilikləri: Aidiyyatı yerli qurumlar və komanda ilə rahat ünsiyyət saxlaya biləcək səviyyədə
Azərbaycan, Türk və İngilis dillərində kommunikasiya bacarığı;
Şəxsi keyfiyyətlər: Dağlıq sahə və çətin relyef şəraitində işləyə bilən, iş
təhlükəsizliyi qaydalarına hakim, praktiki, məsuliyyət ala bilən və liderlik keyfiyyətlərinə sahib
profil;
Qarabağ və Şərqi Zəngəzur bölgəsində işləmək
imkanı.
Hörmətli namizədlər, CV-lərinizi zəhmət olmazsa vəzifə adını Layihə rəhbəri
(Texniki müdir) məktubun mövzu hissəsinə qeyd etməklə Müraciət etdüyməsində qeyd olunan
elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
